Qadın cahil həyat yoldaşından boşanma tələb edə bilərmi?

    28.05.2015
Kimdən: 
Fatime
Sual: 
Assalam aleykum. Suali yazdin ama cavab yazmadiz xaiw edirem cavablandirardiz.Er islami yawamirsa cahil heyati yawiyirsa qadin onnan bowana bilermi. Eyer eri ona talaq vermirse nece nece bowanmalidi
Cavab: 

Aleykum salam. Ərinizi dinə dəvət etmədən və bunun üzərində uzun müddət səbr etmədən boşanma tələb etmək olmaz. Bunun üçün isə ilk növbədə özünüz dini öyrənməyə vaxt ayırmalı, kitablar oxumalı və ya dərslərə qulaq asmalı, Uca Allahın əmr və qadağalarını öyrənməli, Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) əxlaqına yiyələnməlisiniz. Çoxlu dua etməyi də unutmayın, çünki insanların qəlbləri Uca Allahın Əlindədir. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Hər hansı qadın, heç bir səbəb olmadan ərindən boşanma tələb edərsə cənnətin iyi ona haram olar". (İbn Məcəh, 1672).
Digər bir hədisdə isə belə nəql olunmuşdur: "Səbəbsiz olaraq xulu (boşanma tələb) edən qadınlar münafiqlərdir". (ət-Tirmizi, 1198). Lakin, qadın qəti qərar versə ki, boşanır, lakin kişi qadını boşamırsa, qadın xulu talağı tələb edə bilər. Xulu talağı - qadın ona düşən mehri ərinə qaytarıb ərindən boşanmağı tələb etməyinə deyilir. Əgər ər razılaşmasa, məsələ qaziyə (məhkəmyə) qalxır və necə xeyirlidirsə, o cür həll olunur. Sizin dövlət nigahınız varsa, məhkəməyə gedib orada boşanın. Əgər yoxdursa, onda siz boşanmış sayılırsız. Daha ətraflı:
İslama dəvət necə olmalıdır?
Dualarımın qəbul olması üçün nə edim?
Ərim cahil olduğu üçün boşandım, düz etmişəm?

Teqlər: 
Paylaş: