Bu dünyada hurilər olubmu?

    02.07.2015
Sual: 
Salam aleykum. Saffat surəsi 51ci-56cı ayələrdə deyilir ki, bir hurinin yoldaşı var idi.kafir idi və dönüb yoldaşını cəhənnəmdə görür.hurilər bu dünyada var? Yoxsa hurilər dünyadakı qadıbların yeni bir biçim forması olacaq? Bu haqda xahiş edirəm ətraflı yazardlnlz. Bu dünyadan köçmüş uşaqlar obiri dünyada böyüyüb ailə həyatı quracaqlar? Allah razı olsun.
Cavab: 

Aleykum salam. Ayələrdə söhbət hurinin yoldaşından yox, dünyada mömin kimi yaşamış, sonra da Cənnətə düşmüş insanın yoldaşından gedir. Dünyada hurilər olmayıb, onlar Cənnət üçün yaradılmışlar. Uca Allah buyurur: "(Onlar üçün orada) iri  gözlü, qəşəng hurilər də vardır, sanki sədəf içində gizlənmiş incidirlər". (əl Vaqiə, 22-23).
"Şübhəsiz ki, Biz onları başqa cür (yeni bir yaradılışla, doğulmadan) yaradacağıq!" (əl-Vaqiə, 35). Həmçinin oxuyun: Huri nə deməkdir? 

Teqlər: 
Paylaş: