İncil kitabını evdə saxlamaq lazımdırmı?

    11.07.2015
Sual: 
es selemun aleykum.mende incil kitabi var ama wkafdadi tozludu.hemin kitabi bele saxlamaq gunahdirmi.yazilari kirilcedir.men ne etmeliyem ?
Cavab: 

Aleykum salam. Aşağıdakı səbəblərə görə Qurandan əvvəlki səmavi kitabları (Tövrat, İncil və s.) alıb oxumaq və ya evdə saxlamaq icazəli deyil:
Birincisi, onların içindəki bütün faydalı şeylər Quranda Allah tərəfindən bizə bildirilmişdir və artıq onlara ehtiyac yoxdur. Uca Allah buyurur:
"O, sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi." (Ali İmran, 3)
"Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik." (əl-Maidə, 48)

İkincisi, həmin kitablar insanlar tərəfindən dəyişdirilmiş və içərisinə yalan məlumatlar daxil edilmişdir: "Siz yəhudilərin sizə ina­na­caq­la­rınamı ümid edirsiniz? Hal­buki on­lar­dan bir zümrə var idi ki, Allahın Sö­zü­nü eşi­dib anla­dıq­dan sonra, bilə-bilə onu təhrif edirdilər" (əl-Bəqərə, 75). Məsələn, İncil kitabının bir neçə versiyası var. Quran isə Allah tərəfindən mühafizə olunur, 1400 il əvvəl nazil olduğu kimi qalmışdır. Uca Allah buyurur: "Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq." (əl-Hicr, 9)

Teqlər: 
Paylaş: