Ayətul Kursini oxuyarkən səhv təlləffüz etmək günahdırmı?

    19.07.2015
Sual: 
SALAM ALEYKUME. Ayətul kürsünü ərəbcə oxuyanda sözləri səf tələffüz eləsəm bu düzgündür.məsələn yatağa girəndə bu kürsü səf oxusam.onda kürsü oxumağımın bir mənası varmı?bir dəki.bu kürsüləri oxuyanda səslə oxumalısan yoxsa ürəyindədə oxuya bilərsən.İnşallah cavablandırarsız.Tələsik yazmışam bağışdıyın ona görə bəzi hərfləri səf yaza bilərəm.Allah razı olsun....
Cavab: 

Aleykum salam. Əgər bilmədən belə xətalara yol versəniz, bu hal üzürlü sayılır. Lakin bilərəkdən, yaxud səhlənkarlıqdan dolayı mənası dəyişəcək qədər Quran oxuyarkən sözləri səhv tələffüz etmək, əlbəttə ki, böyük günahlardan sayılır. Ona görə də çalışmaq lazımdır ki, Quranı təcvid əhkamlarına riayət edərək gözəl şəkildə oxumağa cəhd göstərsiniz. Ayətul kursini həm səsli, həm də səssiz oxumaq olar. Səssiz oxuyarkən dodaqlar tərpənməlidir. Həmçinin oxuyun:
Quran və təcvid ehkamları
Quran oxumağın savabı haqqında
Bilmədən səhv bir əməli etmək haqqında

Teqlər: 
Paylaş: