Namazda ruzini Allahdan necə istəmək lazımdır?

    06.08.2015
Sual: 
Salam aleykum. mən namazda axrıncı rukət ,axrlncı səcdədə Allaha öz sözlərimlə dualar edirəm. duamın birində deyirəm ki, ay Allah mənim ruzimi yetir.mənə həm bu dünyada,həm də axirətdə ruzimi ver.Əmin. By cür dua eləmək olar.yoxsa ruzini ancaq axirət üçün istəmək olar? ALLAH razı olsun sizdən.
Cavab: 

Aleykum salam. Bu cür dua etməyinizdə heç bir qəbahət yoxdur. Daha yaxşı olar ki, bu cür deyəsiniz: "Allahım, Mənim ruzimi yetir! Mənə həm bu dünyada, həm də axirətdə halal ruzi ver və bunu mənim üçün xeyirli et!"
Allahdan ruzi istəmək üçün sünnədə gələn bəzi dualar:
Ummu Sələmə (radıyallahu anhə) Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) Sübh namazının axırında salam vermək istədikdə belə dua etdiyini xəbər verir: "Allahummə, inni əs'əlukə ilmən nəfiən va rizqan tayyibən va amələn mu­təqab­bələn - Allahım! Səndən faydalı elm, təmiz ruzi və məqbul olan əməl diləyirəm!". (İbn Məcəh: 1/152-925 və başqaları; "Məcməu-z-Zəvaid", 10/111).
Həmçinin Allah Rəsulu bu şəkildə dua edərdi: "Allahım! Mənim günahımı bağışla, evimə genişlik ver və mənə lütf etdiyin ruzini də bərəkətli et!" (Əhməd, Musnəd, cild: 4, səh: 63).
"...Allahım! Borc içində boğulmaqdan, düşmənə məğlub olmaqdan və düşməni sevindirəcək vəziyyətə düşməkdən Sənə sığınıram! (Əbu Dəvud, 1555).

"...Allahım! Küfrdən və yoxsulluqdan Sənə sığı­nıram. Qə­bir əzabından Sənə sığını­ram. Həqiqətən Səndən başqa haqq olan məbud yoxdur!" (Əbu Dəvud, 4/324; Əhməd, 5/42; ən-Nəsəi, "Əməlul-Yov­mi Va-l-Leyl", №22, səh: 146; İbn əs-Sunni, № 69, səh: 35; Buxari, "Ədəbu-l-Mufrad", 701).
"Allahım! Məni o qədər halal ruzi ilə qane et ki, harama girməyim. Məni kərəminlə elə zəngin et ki, Səndən başqasına möhtac olmayım!"
"Allahım! Xəsislikdən, tənbəllikdən, ömrün sonunda maddi-mənəvi möhtac vəziyyətə düşməkdən, qəbir əzabından, dirilərin və ölülərin fitnəsindən Sənə sığınıram!" (Buxari, Cihəd, 25).
Həmçinin oxuyun:
Ruzinin artması üçün nə etməliyik?
Duaların qəbul olması üçün nə etmək lazımdır?

Teqlər: 
Paylaş: