Axirətdə "hansı məzhəbin namazını qılmısan?" sualı veriləcəkmi?

    17.08.2015
Kimdən: 
Xalidə
Sual: 
Salam Aleykum) Allahın salamı və mərhəməti üzərinizə olsun. Sualımı səhv başa düşmüyün... namaz hal-hazırda 2 yerə:sünnü və şiə namazlarına bölünmüşdür.Axirətdə hansı Namazı qılmısan soruşulacağmı?və bunlardan hansısa günadırmı?əvvəlcədən Sağolun)
Cavab: 

Aleykum salam. Axirətdə soruşulacaq böyük günahlardan biri bidətdir. Bidət -- dində peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) etmədiyi yenilikləri etməyə deyilir. Namazı peyğəmbər kimi qılmamaq da bidət sayılır. Ona görə də, Allah üçün olan bütün işləri yalnız Peyğəmbərin etdiyi kimi etməyə çalışmaq lazımdır. Uca Allah buyurur: "(Ya Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran, 31).
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim bizim bu işimizdə ondan olmayan bir yenilik edərsə, bu qəbul olunmayıb, rədd olunacaq". (əl-Buxari, 2697; Muslim, 1718).
"İşlərin ən şərlisi (dində) edilən yeniliklərdir (bidətlər) və şübhəsiz ki, hər bir yenilik zəlalətdir. Hər bir zəlalət isə Cəhənnəm odundadır". (Muslim; Əhməd, 1/435 və başqaları). Daha ətraflı:
Bidət nədir?
Namazın qılınma qaydası - VİDEO
Şiə və sünni nədir və bunların hansı düzgündür?

Teqlər: 
Paylaş: