Sübh namazının sünnətini qılmamaq günahdırmı?

    12.09.2015
Sual: 
salam aleykum men anca seehr sub namazin qilanda ferzin qilam sunnetin yo bu gunah sayilmir ?
Cavab: 

Aleykum salam. Vacib namazlar gündə 5 vaxt qılınan Sübh, Zöhr, Əsr, Məğrib və İşa namazlarıdır. Bu namazları tərk etmək həlakedici günahdır. Bu namazlardan əlavə sünnət namazlarını qılmamaq isə günah deyil. Həmçinin, sübh namazının sünnətini də qılmamaq günah deyil, qılmaq isə böyük savabdır. Bununla bağlı çoxlu hədislər var. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur:
"O iki rükət mənə bütün dünyadan daha sevimlidir". (Muslim, Əhməd, Tirmizi).
"Sübhün iki rükəti dünya və içindəkilərdən daha xeyirlidir" (Muslm, Əhməd, Nəsəi).
"Atlar sizi qovsa belə sabahın iki rükətini tərk etməyin! (Əhməd, Əbu Dəvud, Beyhəqi, Tahavi) Hədisin mənası, üzrü nə qədər şiddətli olursa olsun, istərsə düşmən qovsun, sübhün iki rükətini tərk etməməyiniz deməkdir.
Aişə (Allah ondan razı olsun) demişdir: "Rəsulallah sübhdən əvvəl iki rükətə davam etdiyi qədər heç bir sünnətə davam etməmişdir". (Buxari, Muslm, Əhməd və Əbu Davud).
"Rəsullallahın, sübhün iki rükətinə tələsdiyi qədər heç bir xeyrə tələsdiyini görmədim" demişdir. (Əhməd və Muslim). Həmçinin oxuyun:
Sünnət namazlarına dair hansı hədislər var?
Namazın sünnətlərini qılmamaq olarmı? 

Teqlər: 
Paylaş: