"Ayətul Kursi"-ni hər zaman oxumaq olarmı?

    27.01.2014
Sual: 
Salam aleykum. Necesiz? Ayeltul Kusini her ishde oxumaq olarmi? Sixintida ve ya her ishlerde?
Cavab: 

Aleykum salam. Əlhəmdulilləh yaxşıyıq. Allah razı olsun. Bəli, "Ayətul Kursi"-ni müsəlman istənilən vaxt oxuya bilər. Məhəmməd ibn İsadan rəvayət edildiyinə görə İbn əl-Aska (Allah onlardan razı olsun) belə deyir: "Bir nəfər Peyğəmbərin (Allahın ona və ailəsinə salamı və salavatı olsun) yanına gəlib Quranın ən fəzilətli ayəsi hansıdır?' deyə soruşdu. Rəsulullah (salləllahu aleyhi və səlləm) belə buyurdu: "Allahu Lə iləhə illə huval-Hayyul-Qayyum... ". (Muslim, Əbu Dəvud; İmam Əhməd). Başqa bir hədisdə də: "Quranın ən fəzilətli ayəsi əl-Bəqərə surəsinin 255-ci ayəsi olan "Ayətul-Kursi"dir. Bu ayə bir evdə oxunduğu zaman Şeytan oradan uzaqlaşar". (ət-Tirmizi). Rəsulullah (salləllahu aleyhi və səlləm) bir dəfə Kab oğulu Ubeyə, əzbərində olan ayələrdən hansının daha uca olduğunu soruşmuş, "Allah və Rəsulu daha yaxşı bilər" cavabını alınca, sualı təkrar etmiş, bunun üzərinə Ubey, bildiyi ən uca ayənin "Allahu ləə ilahə illəə huvəl-Hayyul-Qayyum" olduğunu söyləmişdir. Rəsulullah aldığı cavabdan məmnun olaraq Ubeyin sinəsinə vuraraq Ey Əbu Munzir! Elm sənə müqəddəs olsun". buyurmuşdur. (Əbu Davud). Ayrıca Peyğəmbər (salləllahu aleyhi və səlləm) "Ayətul-Kursi" Quran ayələrinin şahıdır" buyurmuşdur. (ət-Tirmizi). Bu ayədə Uca Allahın ucalığı, sifətləri, kainatda meydana gələn böyük hadisələrin tamamilə onun iradəsi istiqamətində baş verdiyi, onun istəyi və icazəsi olmadan heç bir kimsənin başqasına şəfaət edə bilməyəcəyi, Onun kürsüsü, göylərdə və yerdəkilərin ona aid olduğu haqqında məlumat verilməkdədir. Rəvayətlərdən birində deyilir ki: "Hər kim (Ayətul -ursi)-ni gün ərzində bir dəfə oxusa, Allah min dünya və min axirət bəlasını ondan uzaqlaşdırar. Dünya bəlalarından ən azı fəqirliyi, axirət bəlalarından isə qəbr əzabını ondan uzaqlaşdırar". 
Allahın Rəsulu (salləllahu aleyhi və səlləm) buyurub: "Kim (Ayətul Kursi)-ni bütün namazlarından sonra oxusa, onunla cənnət arasında ölümdən başqa bir şey qalmayacaq". Daha ətraflı bu məqalələri oxuyun:
Ayətul-kursi
Ayətul-kursinin fəziləti

 

Teqlər: 
Paylaş: