Quran avazının sədaları altında namaz qılmaq olarmı?

    27.01.2014
Sual: 
Salam. Meni bir sual maraqlandirir. Menim telefonumda bele bir proqram var. QURAN sureleri hem yazili shekilde gorsenir, hemde sesli formada oxunur. Menim o proqramdan chox xoshum gelir. O proqramin sayesinde AYETUL KRSİNİ rahat oyrenirem. Men o surelere qulaq asanda ichimde bir heves yaranir ki, durum namaz qilim. Ama teessufler olsun ki, hele qilmiram. Men bilmek isteyirem ki, hemin proqami qoshum surelerde oxusun ve mende bu shekilde namazmi qilim. Bunun nese gunahi var? Yeni Quranin surelerinin sedasi altinda namaz qilmaq gunahdir?
Cavab: 

Aleykum salam. Dediyiniz şəkildə namaz qılmaq, əlbəttə ki, günah sayılmaz. Əgər sizə belə rahatdırsa və siz bu şəkildə namaz qılmağa həvəslənirsinizsə, bunda şəriətlə heç bir eyb yoxdur. Əsas odur ki, kənardan gələn səs və başqa şeylər, namaz qılan şəxsin fikirini qarışdırmasın.
Uca Allah buyurur: "Həqiqətən, möminlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!), O kəslər ki, namaz qıldıqları zaman (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti (tabe olub, bağlanıb) olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)" (əl Muminun, 1-2).

Teqlər: 
Paylaş: