Keçmiş illərin qəza namazları necə qılınır və namazda Fatihədən sonra Ayətul Kursini oxumaq olarmı?

    22.09.2015
Kimdən: 
shebnem(ŞV)
Sual: 
Salam. Men. 3 aydır namaza bashlamısham 19yashım var menım nece ıl qezam var ve qezaları nece qılım?? Bırde men zohr namazında fatıhe suresınden sonra ayet-el kursunu deyırem ancaq zohr namazında bu gunah deyıl kı??
Cavab: 

Aleykum salam.

  1. İslamda keçmiş illərin qəza namazlarını qılmaq anlayışı yoxdur. Səhabələr islama yeni girdikdə Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) onlara keçmiş illərin qəzasını qılmağı əmr etməmişdi. Namaza başlayandan sonra, unudaraq və ya digər üzürlü səbəbdən qılmadığınız namazların qəzasını qılmaq lazımdır.  Həmçinin oxuyun: Keçmiş illərin qəza namazları qılnmalıdır?
  2. Namazda Fatihə surəsindən sonra istənilən surəni və ya ayəni oxumaq olar. Bunu tək zöhr namazında yox, bütün namazlarda edə bilərsiniz. Çalışın kiçik surələrdən əzbərləyəsiniz, Allaha dua edirik ki, sizin üçün asanlaşdırsın.
Teqlər: 
Paylaş: