Səhlənkarlıqdan namazı çoxlu qəza edən və qəzaların sayını bilməyən nə etməlidir?

    02.10.2015
Kimdən: 
xeyal
Sual: 
SALAM.Bir insan bezen sehlenkarlıqdan bezen de mecburiyyetden namazları çox qeza edirse ve bu qezaların sayın deqiq bilmesse ne etmelidir?
Cavab: 

Aleykum salam. Üzrlü səbəblərə görə buraxılan namazların qəzası qılınır. Namazları qəsdən buraxmaq və ya ümumiyyətlə namaz qılmamaq isə həlakedici günahdır və kəffarəsi yoxdur. Bu əmələ səmimi tövbə etmək, namazları davamlı qılmaq və çoxlu xeyirli əməllər etmək və Allahdan bağışlanma diləmək lazımdır. Namazı buraxmaq imanın zəifləməsindən irəli gəlir, imanı artırmaq lazımdır. Həmçinin oxuyun:
Namazı qəsdən qəza etməyin günahı nədir?
Tövbə etsəm, Allah məni bağışlayarmı? 

İmanı artırmaq üçün nə etmək lazımdır?

Teqlər: 
Paylaş: