Xaricə səfərimin ilk günündə ev axtaracam, həmin gün bütün namazları birləşdirə bilərəmmi?

    26.10.2015
Kimdən: 
nusalov
Sual: 
as salam aleykum va rahmatullahi va barkatuh.size texminen yarim ay qabaq bir sual vermisdim ve cavablandirilmadi bu nedendir?2 sualim biraz uzun olacaq ama etrafli cavab versez sevinerem ve mumkunse biraz tez cavablandirsaz.men telebeyem insaallah 1 hefdeden gedirem xarice.ve biz orda 1 gun ev axtarmaliyiq seherde.bele olan halda seher namazindan basqa hec bir namazi qila bilmirem.olarmiki axsam namazinda o gunun butun namazlarini birlesdirib qilim tekce bir gun.yeniki gunorta ve ilkindi namazini axsam namazinda qezasini qilsam olarmi
Cavab: 

Va aleykum Salam va rahmətullahi va bərakətuh. Siz orada yerləşib rahatlıq tapana qədər səfər namazı qıla bilərsiniz. Səfərdə olarkən zöhrlə əsr, həmçinin məğriblə işa namazlarını birləşdirməyə və 4 rükətli namazları 2 rükət qılmağa icazə verilir. Namazları heç bir halda qəzaya saxlamamağa çalışmaq lazımdır. Ona görə də, şərait tapıb qılmağa cəhd edin. Rəvayət edilir ki, İmran ibn Husayn demişdir: “Mən babasil xəstəliyi­nə tu­tulmuşdum. Odur ki, Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu vəziyyətdə namaz qılmaq barə­sində soruşdum. O dedi: “Namazı ayaq üstə qıl, bacarmırsansa, oturan yerdə qıl, bu­nu da bacarmırsansa, uzanan yerdə qıl". (əl-Buxari, 1117).  Daha ətraflı: Səfər namazı necə qılınır?

Teqlər: 
Paylaş: