Özündə cadu və ya gözdəymə olmasını öyrənmək üçün falçıya getmək olarmı?

    29.10.2015
Kimdən: 
Rafael
Sual: 
Əssələmu aleykum, sualım belədir ki,məndə cadu yaxud gözdəymə olduğunu bilmək üçün falçı yanına gedə bilərəm?Heç bir şey etdirmədən, sadəcə öyrənmək üçün. ALLAH RAZI OLSUN.
Cavab: 

Va aleykumus-Sələm. Heç bir halda falçıya getmək olmaz. Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Kim bir falçı və ya kahinin yanına gedib onun söylədiklərini təsdiq edərsə, Muhəmmədə nazil ediləni inkar etmiş olar. Kim də yanına gedib, amma onun söylədiklərini təsdiq etməzsə, qırx gün namazı qəbul edilməz". (əl-Heysəmi, 5/117; əl-Bəzzar, 3/399).
Hətta, fala baxdıranların yanında olmaq belə günah sayılır, çünki onlarla pis əmələ şərik olursunuz. Özünüzdə cadu əlamətləri (xəstəlik olmadığı halda pis hallar, əsəb, ağrılar və s.) hiss edirsinizsə, burada yazılanları edin: Cadudan necə qorunmaq olar?

Teqlər: 
Paylaş: