Spirtli içkilər içilən evdə namaz qılmaq olar?

    26.10.2015
Sual: 
Salam men tezlikle namaz qılamaq isteyirem sualım budur ki içki içilen evde namaz qılmaq olar ya yox? bir sualıma göre üzr isteyirem namaz qılarken heftede bir defe mastubraisya edib qüsl alın namaz qılsam günah olmaz ki? xaiş edirem sualımı cavablandırın indiden teşekkür.
Cavab: 

Va aleykum Salam.
1. Uca Allaha dua edirik ki, sizi tezliklə bu gözəl əmələ müvəffəq etsin və Ona dua edirik ki, Onunla görüşənə qədər sizə və bizə öz dini üzərində sabit qalmağı nəsib etsin! Həmçinin, Uca Allaha dua edirik ki, hər zaman onun dinini yaşamağa, onun əmr və qadağalarını öyrənməyə belə həvəsli olasınız. Sualınıza gəlincə, spirtli içkiləri içmək olmaz. Amma spirtli içkilər içilən və saxlanılan evdə namaz qılmaq olar. Həmçinin, oxuyun:
Namazın qılınma qaydası - VİDEO
İçki içməyin günahı 
2. Xeyr, masturbasiya etmək icazəli deyil. Namaza başlayın və Allaha dua edin ki, bunu tərk etməyi sizə asanlaşdırsın. Daha ətraflı:
Masturbasiya etmək niyə günahdır?

Paylaş: