Namaz qılmağa başlayıram, vaxtım olmayanda sünnətləri qılmaya bilərəmmi?

    14.09.2015
Kimdən: 
Seide
Sual: 
Salam. men inşallah namaz başlayacam , vacıb olan namzlar sübh 2 , günorta 4, esr 4, şam 3, yatsı 4 rüketdi. vaxtım olan vaxtlar sünneti vaxtım olmayan vaxtlarda ferzi qıla bıleremı????
Cavab: 

Aleykum salam. Allaha həmd olsun ki, öz lütfü sayəsində sizi namaza başlamağa, ona ibadət etməyə müvəffəq edib. Allaha dua edirik ki, sizi haqq yolun yolçusu, yəni peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yolunu tutub gedənlərdən etsin, Qiyamət günü sizi möminlərlə həşr etsin və Cənnətə daxil etsin. Vacib namazlar gündə 5 vaxt qılınan Sübh, Zöhr, Əsr, Məğrib və İşa namazlarıdır. Bu namazları tərk etmək həlakedici günahdır. Bu namazlardan əlavə sünnət namazlarını qılmamaq isə günah deyil, lakin qılmaq böyük savabdır. Daha ətraflı:
Sünnət namazlarına dair hansı hədislər var?
Namazın sünnətlərini qılmamaq olarmı? 

Teqlər: 
Paylaş: