Qadının hicabı açıq olarkən bilmədən naməhrəm görərsə, günah olurmu?

    19.11.2015
Kimdən: 
Etibar
Sual: 
Salam hicabli qızın otağna bilmeden namerhem daxil olarsa ve xanımın hicabı başında olmazsa bu günahdımı
Cavab: 

Va aleykumus-Sələm. Əgər hicablı qızın otağına qəflətən naməhrəm kişi daxil olarsa və qızın hicabı başında olmazsa, qıza günah sayılmır. Çünki, qızın bundan xəbəri olmayıb. Lakin, səhlənkarlıq edib, məsələn, bina evində balkona hicabsız çıxıb paltarını sərəkən naməhrəm kişilərin onu görməsi, əlbəttə ki, qadına günahdır. Uca Allah buyurur: "Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər...". (ən-Nur, 31). Həmçinin, oxuyun: Bilmədən səhv bir əməli etmək günahdırmı?
 

Teqlər: 
Paylaş: