Fatihə surəsini iki dəfə oxumaq olarmı?

    21.11.2015
Sual: 
Fatihə surəsini iki dəfə oxumaq olarmı?
Cavab: 

Va aleykumus-Sələm. Namazda Fatihə surəsini bir dəfə oxuduqdan sonra onu təkrar oxumaq bəyənilməyən əməldir. Əbu Qatadə (Allah ondan razı olsun) deyir: "Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Zöhr və Əsr namazlarının ilk iki rükətində Fatihə surəsini və (başqa) bir surə oxuyardı. Bəzən oxuduğu ayəni (bir az uca səslə oxuyub) bizə eşitdirərdi. Son iki rükətdə isə Fatihə surəsini oxuyardı". (Muslim, 421).

Teqlər: 
Paylaş: