Avtobusda naməhrəmin toxunması günahdırmı?

    24.11.2015
Kimdən: 
....
Sual: 
esselamu aleykum va rahmetullahi va beraketuhu. Uca Allah sizin sonlugunuzu gozel sonluqla yekunlandirsin. 1. Gece namazini 4 ruket, 4uket qilib sonra 3 yaxud 1 ruket qilmaq olar? Yeniki vacubdi 2+2 qilasan? 2 avtobusla g edende namerhem yer verir oturmaga oturmag olar? Elbetdeki ya qadinin yaninda yada tek sdenyada. Elhemdulilleh hicabdayam ama bezende olubki qoluma toxunublarki eylesin. Onda mene gunah yazilir? 3. Yas yerinde yeniki cahillerin meyve, xurma yemek olar? Ve birde hemin meyvelerden qonsu islamda olan muselman aileye vermek olar? 4. Video cekmekde problem yoxduki? esselamu aleykum va rahmetullahi va beraketuhu.
Cavab: 

Və aleykum Salam və rahmətullahi və bərakətu. 
1. Gecə namazını qeyd etdiyiniz kimi qılmaq olar. Bu barədə müxtəlif hədislər var. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Gecə namazı iki-iki qılınır. Əgər Sübh vaxtının başlamasından ehtiyat etsəniz onda vitri bir rükət qılın. Beləliklə qıldığınız namazları vitrlə bitirmiş olarsınız" (əl-Buxari, 990). Aişə (Allah ondan razı olsun) deyir: "Biz Peyğəmbər (Ona və ailəsinə Allahın saıavatı və salamı olsun) üçün misvak və dəstəmaz suyu hazırlayırdıq. Allah, gecə istədiyi vaxt onu oyandırar, o da qalxıb misvaklanar və dəstəmaz alardı. Sonra doqquz rükət namaz qılardı. Rükətlərin heç birində əyləşməzdi. Yalnız səkkizinci rükətdə oturar və Allahı zikr, həmd-səna edər və Rəbbinə dua edərdi. Sonra salam vermədən ayağa qalxardı. Sonra doqquzuncu rükəti qılar və oturardı. Sonra Allahı zikr, həmd-səna edər və Rəbbinə dua edib salam verərdi. Biz də onun salamını eşidərdik. Salamdan sonra oturan halda iki rükət qılardı". (Aişə deyir:) "Ey oğlum, bax bu on bir rükət edir. "Allahın Peyğəmbəri (salləllahu aleyhi və səlləm) yaşlaşdıqdan sonra isə yeddi rükət vitr qılardı. Son iki rükəti də deyilən kimi qılardı". (Aişə deyir:) "Ey oğlum, bu isə doqquz rükət edir". (Muslim, 746).
2. Onsuz da qadın avtobusda naməhrəmlərin içində olur. Sizin üçün dininizi qorumaq cəhətdən hara daha əlverişlidirsə, oranı seçib otura bilərsiniz. Qolunuza paltarın üstündən dəysələr sizə günah yoxdur. Hətta kiminsə pis qəsdi olsa belə və qadına sataşsa, buna görə qadın günah daşımır.
3. Yas yerində yeyib-içməkdən çəkinməyiniz yaxşıdır. Amma oradan gəlmiş yeməyi yemək olar.
4. Video çəkmək icazəlidir.

Teqlər: 
Paylaş: