Dəstəmaz alanda şübhə gələrsə nə edim?

    28.11.2015
Kimdən: 
qonaq
Sual: 
salam men destemaz alanda ozumozumden subhelenirem ona gore de destemaz alanda cetinlik cekirem ne ede bilerem xais ediremsualimi cvblandirin sagolun
Cavab: 

Və aleykum Salam. Əgər şübhə dəstəmaz alarkən niyyət məsləsində gəlirsə ki, "niyyəti düz etmədin" və ya "niyyət etmədin", bilin ki, sizin dəstəmaz almağı bilməyiniz kifayətdir. Onu dil ilə deməyə, ürəkdən keçirtməyə ehtiyac yoxdur. Məsələn, qəflətən bir kəs soruşsa ki, "hara gedirsən?" Sözsüz ki, "Dəstəmaz almağa!" deyəcəksiniz. Bu artıq niyyətin olmasıdır. Əgər dəstəmaz əzalarına suyun dəyib-dəymədiyi barəsində şübhələr gəlirsə, məsələn, "kiçik bir yer islanmayıb", "ayağımın altına baxım görüm yaşdırmı" və s. kimi hallarda dərinə getmək olmaz. Bildiyiniz yeri yuyursunuz, dərinə getdikdə isə artıq siz şeytanın istədiyini edirsiniz. Yəni, Allahın və Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bəyan etdiyi dəstəmazı deyil, şeytanın istədiyi dəstəmazı alırsınız. Nəticə olaraq, dəstəmaz aldıqda gələn şübhələrə əhəmiyyət vermək lazım deyil. Əgər şeytanın şübhələrinə əhəmiyyət versəniz, sizdən daha çox şübhə tələb edəcək və vəsvəsələrin sayı artacaq. 

Paylaş: