İnsanın meymundan əmələ gəlmədiyini necə başa salım?

    04.12.2015
Kimdən: 
vika
Sual: 
İnsanın meymundan əmələ gəlmədiyini necə başa salım?
Cavab: 
Salam aleykum. Darvinin "təkamül nəzəriyyəsi" nəzəriyyə olaraq qalmışdır. Bu nəzəriyyə heç bir elmi sübuta söykənmir, sadəcə fərziyyələr toplusudur. Bütün canlılar, insanın şüuru, daxili quruluşu, adicə yarpaq, hətta hüceyrələr və bakteriyaların quruluşu Uca Yaradanın varlığını təsdiq edir. Nizamla qurulmuş kainat, bir-birindən dəqiq müəyyən edilmiş məsafədə uçan göy cismləri Uca Allahın - nöqsansız Yaradanın var olmasının sübutudur. Məgər bütün bu dəqiqliklər təsadüf nəticəsində yarana bilərmi?! Əgər sizin bu cavabı oxumaq üçün istifadə etdiyiniz kompüter və ya telefon təsadüfən yarana bilmirsə, ondan qat-qat mürəkkəb quruluşu olan orqanizmlər təsadüfən necə yarana bilər? Hətta, bəzi ateist alimlər də yaradılışın öz-özünə baş vermədiyini təsdiq etmək məcburiyyətindədirlər. Sadəcə, Sovet İttifaqı ateist dövlət olduğuna görə bu nəzəriyyəni ideoloji cəhətdən camaata sırımağa çalışırdı. Uca Allah buyurur: "Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir". (ən-Nisa, 1).
"Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir". (ən-Nur, 45). 
"De: "Doğrudanmı siz yeri iki gündə yaradanı inkar edir və bütləri Ona tay tutursunuz? Axı O, aləmlərin Rəbbidir. O, yerin üstündə möhkəm duran dağlar yerləşdirdi, onu bərəkətli etdi və ruzi istəyənlər üçün orada yer əhlinin ruzisini tam dörd gündə yerbəyer etdi". (Fussilət, 9-10). Həmçinin oxuyun:
İnsanın yaradılışı
Əgər insan bir az düşünsə...

Alimlər sübut tələb edirlər
Saxta nəzəriyyənin süqutu
Darvin nəzəriyyəsi nə haqdadır?
Teqlər: 
Paylaş: