Yoldaşımdan ayrılmışam, necə barışım?

    08.12.2015
Kimdən: 
Lale
Sual: 
Salam. 6 aydiki yoldasimnan ayri yasiyirig. Uzur istiyirem, men hamileyem. Men onunla barismag istiyirem. Ne etmey olar?
Cavab: 

Və aleykum Salam.
1. Allaha dua edin ki, xeyirlidirsə, barışdırsın. Daha ətraflı: Dualarımın qəbul olması üçün nə edim?
2. Hər iki ailədən böyüklərə müraciət etmək lazımdır ki, barışdırsınlar. Uca Allah buyurur: "Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, onda kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar. Həqiqətən, Allah Biləndir, hər şeydən Xəbərdardır". (ən-Nisa, 35).
3. Ailənin dağılmasında səbəbkar kim olubsa, təqsirini etiraf etsin. Bu daha yaxşı nəticə verə bilər.

Teqlər: 
Paylaş: