Qorxuram ki, namaz qılsam mənə "vəhhabi" deyərlər

    01.02.2014
Kimdən: 
Abdul
Sual: 
Salam aleykum. Nece eleyim ki, men namaz qilim? İslama aid her sheyi oxumusham, amma namaz qila bilmirem. Qorxuram ki, evde mene deyerler ki, sen de Vehhabi olmusan!? Ve daha neler-neler!...
Cavab: 

Aleykum salam. Düzdür, indi Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) namazı kimi namaz qılmaq çoxlu ittihamlara səbəb olur. Lakin, insan Uca Allah üçün ilk addımı atarsa, Uca Allah onun üçün bu şeyləri asanlaşdırar. İttihamları isə İslam elminə yiyələnərək hikmətlə cavablandırmaq, xurafatlardan uzaqlaşdırmaq lazımdır. Yəqin ki, "Vəhhabi" sözünü başa salmağa ehtiyac yoxdur. Bu adı İslamın düşmənləri fikirləşib ortaya atıblar ki, insanlar İslamdan çəkinsinlər, islamla və onun həqiqəti ilə maraqlanmasınlar. Daha ətraflı: Vəhhabi kimlərdir?
Ona görə nə qədər ki, Uca Allah yaşamaq, nəfəs almaq imkanı veribsə, gecikmədən namaza başlamaq lazımdır.

Teqlər: 
Paylaş: