Namazın rüknləri və vacibləri hansılardır?

    28.11.2015
Sual: 
Assalamu aleykum. Namazın rüknləri və vacibləri hansılardır?
Cavab: 

Və aleykum Salam.
Namazın rüknları bunlardır:

  • Qiyam (Ayaq üstə dayanmaq)
  • Təkbirlə (Allahu əkbər deməklə) namaza başlamaq;
  • Hər rükətdə Fatihə surəsini oxumaq;
  • Rüku etmək;
  • Səcdə etmək;
  • Bu hərəkətləri (rahatlıqla) tələsmədən etmək;
  • Oturaraq son təşəhhüdü oxumaq;
  • Bu hərəkətləri tərtiblə (ardıcıllıqla) etmək;
  • Salam ilə namazı tamamlamaq.

Bu rüknlərdən hər hansı birini bilərəkdən tərk edənin namazı batil olur. Lakin səhvən bu rüknlərdən bəzilərini tərk edən tərk etdiyi rüknə görə yenidən bir rükət əlavə qılmalı və səhv səcdəsi etməlidir. Namazı çox tez qılan, yaxud ayaq üstə qılmaq imkanı ola-ola oturaq qılan və yaxud ilk təkbiri etməyən namazı yenidən tam qılmalıdır.
Namazın vacibləri:

  • Ehram təkbirindən (namaza başladıqda edilən təkbirdən) başqa olan təkbirlər;
  • "Səmi-Allahu limən həmidəh" demək;
  • "Rabbənə və ləkəl həmd" demək;
  • "Subhəənə Rabbiyəl-Azım" demək;
  • "Subhanə Rabbiyəl-A'lə" demək;
  • "Rabbi-ğ'firli" demək;
  • Dörd və üç rükətli namazın ikinci rükətindən sonra oturaraq təşəhhüdü oxumaq

Bu vaciblərdən hər hansı birini bilərəkdən tərk edənin namazı batil olur. Lakin, səhvən və ya unudaraq bu vaciblərdən birini tərk edən isə yalnız iki dəfə səhv səcdəsi etməlidir.
Həmçinin oxuyun: Səhv səcdəsi necə edilir?

Teqlər: 
Paylaş: