Uşaq dünyaya gələndən nə qədər vaxt sonra qadın namaza başlamalıdır?

    24.01.2016
Kimdən: 
cambul
Sual: 
salamun aleykum sualim beledir ana ushaq dunyaya getirenen sonra qusl nevaxt almalidir ve namaza nevaxt bashlamalidir? ve xususi emmeleri varmi ushaq barede?
Cavab: 
Və aleykum Salam. Qadının dünyaya uşaq gətirməsindən sonrakı hala nifas halı deyilir. Nifas - doğum səbəbi ilə baş verən qanaxmadır. Bu qanın ən çox müddəti qırx gündür. Ummu Sələmə (Allah ondan razı olsun) deyir: "Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) zamanında nifaslı qadınlar qırx gün nifas müddəti saxlayardılar". İbn Macəh, 648; Əbu Davud, 307). Qanın qırx gündən tez bir vaxtda kəsildiyini görən nifaslı qadın çimib təmizlənir və təmizləndiyi vaxtdan namaz qılmağa başlayır. Əgər qanaxma qırx gündən çox davam etsə, qırx günün tamamında çimib təmizlənir. O, nifas vaxtı qılmadığı namazların qəzasını qılmır. Bu cavabları oxuyun:
Paylaş: