Dəstamaz haqda suallar...

    21.02.2016
Sual: 
Salam 1Alt paltari ilə dəstəmaz almaq olarmı? 2 işde tez tez dəstəmaz ala bilmirəm teyennűm etsem olarmı? Ne evde nede işde namaz qilmağıma icaze vermirlər gizli qılıram axsam namazını qila bilmirəm namazları birlesdirib qilmaq necə olur axşam namazını heç vaxt qıla bılmırəm 3.Sabah namazının təkcə fərzini qilmaq olarmı?
Cavab: 

Və aleykum Salam.
1. Alt paltar ilə dəstəmaz almaq dəstəmazı pozan şərtlərdən sayılmır. Ona görə belə etmək icazəlidir. Daha ətraflı: Dəstəmazı pozan amillər
2. Əgər dəstəmaz almağa ciddi maneələr və təhlükə varsa, təyəmmüm almaq icazəlidir. Daha ətraflı: Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?
3. Zərurətdə namazı birləşdirmək olarmı?
4. Uca Allah bizə beş namazı vacib edib. Sünnə namazlarını qılmamaq günah olmasa da, bizi əlavə savab qazanmaqdan məhrum edir. Ona görə də imkan olanda Sübh namazının sünnəsini qılmaq daha yaxşıdır. Lakin, qılmasanız sizə günah deyildir.

Paylaş: