Saçı açıq halda ibadət etmək olarmı?

    04.02.2014
Kimdən: 
lale
Sual: 
Salam aleykum. Allaha ibadət edəndə saçı açıq olarmı? Allah sizi cənnətlə mükafatlandırsın.
Cavab: 

Aleykum salam. İbadət dedikdə namazı nəzərdə tutursunuzsa, olmaz. Namaz vaxtı qadının bütün örtünməli olan əzaları bağlı olmalıdır. Ümumiyyətlə qadın nəyin ki, təkcə ibadət zamanı, qadın naməhrəmlər yanında da daim örtükdə olmalıdır. Bu şəriətimizin tələbidir. Uca Allah buyurur: "Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)" (ən-Nur, 31).
"Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın. (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!) Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin...". (əl-Əhzəb, 33).

Teqlər: 
Paylaş: