Ayətul-Kursini 100 dəfə oxumağın savabı nədir?

    26.02.2016
Kimdən: 
ülviyyə
Sual: 
100dəfə ayətəl kürsü oxuyuram səbabı nədir
Cavab: 

Salam aleykum. Hər bir şeydə qaydalar olduğu kimi, İslam dinində də qaydalar var. Belə ki, Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) bizə nəyi, nə qədər, nə vaxt, necə etməyi bildirib. Bunları da deyilən kimi etmək lazımdır. Vacib olan əməlin çoxluğu deyil, əməlin Sünnəyə - Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) ibadət cəhətdən qoyduğu qaydalara - uyğun olmasıdır. Zikr etmək də qaydalara əsaslanır. Belə ki, Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) Ayətul-Kursini hər namazdan sonra bir dəfə, səhər və axşam bir dəfə, gecə yatanda bir dəfə deyilməsini bildirib. Bundan artığını etmək isə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) qoyduğu qaydalara uyğun gəlmir. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) ibadət cəhətdən qoyduğu qaydalardan kənara çıxmaq isə bidət sayılır. Yəni, dinə gətirilmiş yenilik sayılır. Daha ətraflı: Bidət nədir?

Paylaş: