Cənnətə ilk daxil olacaq qadın kimdir?

    13.03.2016
Kimdən: 
Kamram
Sual: 
Ilk cennete daxil olacag xanim?
Cavab: 
Salam aleykum. Cənnətə ilk daxil olan Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) olacaq. Peyəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurmuşdur: “Mən Qiyamət günü Cənnət qapısının yanına gəlib onun açılmasını xahiş edəcə­yəm. Bu vaxt gözətçi: “Sən kimsən?”– deyə soruşacaq. Mən: “Muhəmmə­dəm”– deyə cavab verəcəyəm. (Bunu eşidəndə) o deyəcək: “Mənə (bu qapıları) səndən əvvəl heç bir kəsə açmamaq – yalnız sənin üçün açmaq əmr edilmişdir”.(Muslim, 486). Ondan sonra birinci kimin daxil olması bilinmir. Hz. Fatimə (Allah ondan razı olsun) Cənnət qadınlarının ən üstün olan dörd qadından biridir. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) yerdə dörd xətt çəkdi və dedi: “Bunun nə olduğunu bilirsiniz?” Dedilər: “Allah və Onun Elçisi daha yaxşı bilir” Peyğəm­bər salləllahu aleyhi və səlləm buyur­du: “Cənnət qadınlarının ən fəzi­lətlisi; Xuveylidin qızı Xədicə, Muhəm­mədin qızı Fati­mə, İmranın qızı Mər­yəm və Fironun zövcəsi Muzahi­min qızı Asiyadır”. (İmam Əhməd, 2751). 
Paylaş: