Qadınlar cümə və adi günlərdə məscidə camaat namazına gedə bilərmi?

    06.02.2014
Sual: 
Salam aleykum. Bildiymize gore kishiler ve oglanlar cume gunu mescid de namaz qilir. Olarmi ki, qadinlar da, qizlar da qilsin tek cume gunu, yox adi gunde bele?
Cavab: 

Aleykum salam. Bəli, olar. Sadəcə, qadına məscidə və ya cümə namazına getmək vacib deyil. Bu, Uca Allahın onlar üçün yaratdığı bir asanlıqdır. Hədislərdən birində Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Qadının məscidi evinin küncüdür".
Düzdür, məsciddə qılınan namazın və ya ümumən camaatla qılınan namazın savabı çoxdur. Amma bu məsələ əsasən kişilərə aid edilir. Qadınlar da istəsələr gedib camaatla birlikdə cümə və ya digər namazları qıla bilərlər. Həmçinin imkan olduqda, evdə camaat halında namaz qılmaları, tək halda qılınan namaza nisbətdə daha fəzilətlidir.

Teqlər: 
Paylaş: