Vitr namazını yatmazqdan qabaq və gecənin sonunda, yəni iki dəfə qılmaq olarmı?

    27.03.2016
Kimdən: 
a.
Sual: 
əssəlamu aleykum va rahmətullahi va bərakətuhu. uca Allah sizləri faydalı elmlə faydalandırsın. əmin. 1.axşam işadan sonra 1rukət vitri qılıb yatıram daimi belə edirəm. səhərdə sübh namazından öncə 2+2+2+1 yaxudda 2+2+1 vitri qılıram. bu problem olmazki gecənin sonundada gecənin əvvəlindədə vitri qilmaq? 2.Allah rasulu sallallahu aleyhi va səlləm xoflara necə məsh cəkirdi? gündə 1 dəfə ayaglari yumaq caizdirmi. ümumiyyıtlə rasullullah sallallahu aleyhi va səlləm tez tez məsh cəkirdi yoxsa gec gec? tez tez yumaq daha məsləhətlidimi? mənə məsləhət verin. Rəbbim sizləri və oxuyub faydalananlari cənnət əhlindən eləsin. əmin.
Cavab: 
Və aleykum Salam və rahmətullahi və bərakətu. 
1. Vitr namazı bir dəfə qılınır.: ya gecənin əvvəlində İşa namazından sonra - yatmazdan qabaq, ya da gecənin sonunda - yatıb durduqdan sonra. Əgər gecə namazına qalxacağsınızsa, vitri qılmayın və yazdığınız qaydada 2+2+2+1 və ya 2+2+1 namazlarınızı qılın. Gecə namazını qılmaycaqsınızsa, vitri qılıb yatın və sübh vaxtı Sübh namazını sünnəsi ilə birgə qılın. Daha ətraflı: Vitr namazı necə qılınır?
2. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) çox vaxt ayaqlarını yuyardı. Ayaqları yumağa şərait varsa və sizə heç bir narahatçılıq törətmirsə, ayaqları yumaq daha yaxşıdır. Daha ətraflı:
Dəstəmaz alanda yalın ayağa, yoxsa corabın üstündən məsh çəkilməlidir?
 
Paylaş: