Haram qida yeyəndən sonra namaz qılmaq olar?

    19.04.2016
Sual: 
haram buyrulmuş neyməti bilə - bilə yedikdən sora namaz qılmaq olarmı ?
Cavab: 

Salam aleykum. Haram olan qida yemək böyük günah olsa da namazı batil etmir. Lakin, duaların qəbul olunmasının qarşsını alır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Uzun bir səfərə çıxmış bir kişi saçları dağınıq, paltarı tozlu halda əllərini səmaya uzadaraq: “Ey Rəbbim! Ey Rəbbim” deyər, lakin yediyi haram, içdiyi haram, geydiyi haram, haramla bəslənən olsa, beləsinin duası necə qəbul olunsun?" (Muslim, 1686). Namazı hər bir halda qılmaq lazımdır, çünki namaz qılmamaq bundan da böyük günahdır. Belə hal baş verərsə, tövbə etməniz lazımdır. Daha ətraflı: Tövbə etsəm, Allah bağışlayarmı? 

Teqlər: 
Paylaş: