Dualarımın qəbul olması sınaqdırmı və ölümə tələsmək olarmı?

    18.05.2016
Kimdən: 
bahar
Sual: 
salam aleykum 22yasim var usagliqdan bir sey var mende nevaxdki ALLAH'a dua etsem tez bir zamanda duami qebul edir ve ne vaxdki kimse xetirime deyse onu ALLAH'a tapsiriram hemen adamda belaya dusur dua ettikde destemaz almiram ve sadece ellerimi qaldirib dua edrem iki uc gun kecmir duam gerceklesir elebir gun olmayibki duam gebul olunmasin ozumde sok oluram sevincimnen cox vaxd aglayiram men bunlara laiq olacag ne ettimki ALLAH meni coxmu sevir herbir duami gerceklesdirir? yoxsaki bu bir sinagdirmi ve bir sualim daha var olumu cox dusunurem bu dunyadan cox obiri dunyani sevirem ve ora cox telesirem olume telesmek gunahdirmi? onceden tesekkurler sagolun
Cavab: 

Və aleykum Salam. Kiminsə Allahın sevimli qulu olmasını demək olmaz, çünki bu qeybi məsələdir. Amma Uca Allah onun sevgisinə səbəb olacaq əməlləri bizə bildirmişdir. Daha ətraflı: Allah kimləri sevir? 
Ölümü xatırlamaq Axirəti xatırlamaqdır. Bu da Axirətə imandan irəli gəlir. Lakin şəriətə görə ölümü arzulamaq olmaz. "Ölümü arzulamayın. Çünkü onun sıxıntısı çox şiddətlidir. Kimsənin ömrünün uzun olub Allaha tövbə etməsi və yönəlməsi xoşbəxtlikdəndir". (İmam Əhməd, 3/332). Ona görə də verilən ömürdən istifadə edib, çoxlu xeyirli əməllər edərək axirətə hazırlaşmaq lazımdır.

Teqlər: 
Paylaş: