Namazı gizlində qıldığım üçün namazım batil olurmu?

    04.05.2016
Kimdən: 
Nermin
Sual: 
Salam yildawim namaz qilmaga icaze vermir men ise xelbet qiliram bu qebul olunur
Cavab: 
Və aleykum Salam. Kişinin və qadının bir birinin üzərində haqları var. Lakin, heç kəs namaz qılmağa qadağa qoya bilməz, çünki bu yalnız Allahın haqqıdır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurub: "Yaradana asilikdə (qarşı çıxmaqda) yaradılmışlara itaət etmək olmaz". (İmam Əhməd "Musnəd" əsəri, 1095).
Həmçinin demişdir: "Allaha asi olmaqda heç kimə itaət edilməz, itaət yalnız yaxşı şeylərdədir". (əl-Buxari, 6830, 7257; Muslim, 1840). Ona görə də namazı xəlvətdə qılsanız da namaz batil olmur. Ərinizə də izah edin ki, Allaha qarşı çıxmasın, çünki bu küfdür və Cəhənnəm əzabına səbəb ola bilər. Həmçinin oxuyun:
Namazları gizli qıldığım üçün bəzən vaxtında qıla bilmirəm...
Namazı ailəmdən gizli qıla bilərəmmi?
Teqlər: 
Paylaş: