Sübh namazına yatıb qalanda durub qəzasını dərhal qılmaq lazımdır?

    02.06.2016
Kimdən: 
Ayten ziba
Sual: 
Salam menim xalam qizlari namazda iqame ile baslayirlar qadinlara olar? 2)xalam qizlari subh namazina gecikende onun qezasini qilmirlar deyirler ki Artiq vaxti kecib olmaz. Düzmü edirler? 3) deyirler namaz proqramlari dogru deyil onlari inanmayin. Ne edim cas bas qalmisam. 4)niye namazlari saatla qiliriq ibadetin vaxtimi olur?
Cavab: 
Və aleykum Salam. 
1. Bu cavabı oxuyun: Qaş almaq, iqamə vermək və nəşidə qulaq asmaq barədə 
2. Namaza yatıb qaldıqda, yuxudan oyanan kimi həmin namazı qılmaq lazımdır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Kim bir namazı unudar, yaxud yatıb qalarsa onun kəffarəsi yadına düşən kimi namazı qılmaqdır" (Müslim, 684).
3. Namaz proqlamları bütün dünya müsəlmanları tərəfindən istifadə edilir. Yaşadığınız şəhərin namaz vaxtlarını müəyyənləşdirmək üçün şəhərin adını daxil etməyiniz kifayətdir.
4. Namaz vaxtları günəşin vəziyyətinə görə dəyişir. Daha ətraflı: Namazın vaxtları ilə bağlı hədis
Teqlər: 
Paylaş: