İslam fiqhi kitabını saytımızda oxuya bilərsiniz
Tərcüməçi: Abdurrahim Muradlı
Redaktor: Ramil Həsənov
Kitabda Quran və səhih hədislərə əsasən ibadət, ailə, ticarət və digər sahələrdə şəriət hökmləri toplanmışdır. Bu kitab müxtəsərliyi və mötəbər dəlillərə əsaslanması ilə digər oxşar əsərlərdən fərqlənir.
Müəllif: Əbdüləzim ibn Bədəvi əl-Xələfi
Qurani-Kərimdə və Peyğəmbərin səhih hədislərində haram olması buyurulan qidalardan başqa heç bir qida haram deyildir. Allahın halal buyurduğu qidanı haram saymaq böyük günahdır. Uca Allah buyurur:
“Dilinizin uydurduğu yalana əsasən: "Bu halaldır, o haramdır!"– deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar” (ən-Nəhl, 116).
əl-Afuvvu sözü əfv edən, günahdan keçən deməkdir. Allahın əl-Afuvvu adı Qurani-Kərimdə beş dəfə zikr edilir. Uca Allah buyurur:
“Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlarla yaxınlıq etmisinizsə, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin, üzünüzə və əllərinizə sürtün! Həqiqətən, Allah əfv edəndir, Bağışlayandır" (ən-Nisə, 43).
Rəvayət edilir ki, Amr ibn Haris demişdir: “Peyğəmbər - sallallahu aleyhi və səlləm - vəfat etdikdə nə bir dirhəm, nə bir dinar, nə bir kölə, nə bir kəniz, nə də başqa bir şey qoyub getmişdir. Qoyub getdiyi ancaq ağ qatır, silahı və sədəqə verdiyi torpaq olmuşdur.” (əl-Buxari, 2739).
Aişə rəvayət edir ki, Rəsulullah demişdir: “Biz peyğəmbərlər miras qoymuruq, qoyub getdiyimiz nə varsa, hamısı sədəqədir.” (əl-Buxari, 3810).
əl-Əhəd sözü tək olan, əl-Vahid sözü isə sayca bir olan deməkdir. Allahın əl-Əhəd adı Qurani-Kərimdə bir dəfə əl-İxlas surəsində zikr edilir. Uca Allah buyurur: “De: “O Allah Təkdir (əl-Əhəd)!” (əl-İxlas, 1).
Allahın əl-Vahid adı isə Qurani-Kərimdə iyirmi iki dəfə zikr edilir. Uca Allah buyurur: “Sizin məbudunuz Tək olan (Vahid) İlahdır. Ondan başqa məbud yoxdur, Mərhəmətlidir, Rəhmlidir” (əl-Bəqərə, 163).
Paxıllıq etmək başqasının üstünlüyünə, xoşbəxtliyinə və ya uğuruna dilxor olmaq, gözügötürməməkdir. Paxıl o şəxsdir ki, həsəd apardığı insana verilən nemətin puç olmağını istəyir və bunun üçün də əlindən gələn imkanlardan istifadə edərək səy göstərir. Bədnəzərlər də buna aiddir. Belə ki, bədnəzərlik xəbis nəfsli, şər təbiətli paxılın əməlindən irəli gəlir. Paxıl adam Allahın başqasına nemət verməsinə nifrət edir və bunun qarşısının alınmasını arzulayır, beləliklə də, Allaha asilik etmiş olur. Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Zənn etməkdən çəkinin!