Allahın "əl-Vəhhab" adının mənası
əl-Vəhhab sözü çox bəxş edən, hədiyyə verən deməkdir. Allahın əl-Vəhhab adı Qurani-Kərimdə üç dəfə zikr edilir. Uca Allah buyurur:
“Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən (əl-Vəhhab)” (Ali İmran, 8).
Həmçinin buyurur:
"əl-Leyl" surəsinin izahı
Malınızdan Allah yolunda xərcləyin
Uca Allah buyurur: "Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsənin mükafatını artırar. Allah hər şeyi Əhatəedəndir, Biləndir.
Mallarını Allah yolunda xərcləyənlərin və xərclədiklərinin ardından minnət qoymayan və əziyyət verməyənlərin, Rəbbi yanında mükafatları vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.
Xoş söz demək və xətaları bağışlamaq, minnətlə verilən sədəqədən daha yaxşıdır. Allah Zəngindir, Həlimdir.
"əl-Ələq" surəsinin izahı
Quran və təcvid əhkamları
“Kitab verdiyimiz kəslər onu layiqincə oxuyurlar. Onlar ona iman gətirənlərdir. Onu inkar edənlər isə ziyana uğrayanlardır.” (Bəqərə, 121)
Layihə: quranoxu.az
İçki içməyin günahı
İçki içmək böyük günahdır və bütün pisliklərin başlanğıcıdır. İçki ağlı aparır, malı israf edir, xəstəliklərə səbəb olur və insanı hörmətdən salır. İçki insanlar arasında düşmənçilik yaradır, Allahı xatırlamağı unutdurur, zinaya (ailədən kənar cinsi əlaqə) sövq edir, hətta qətlə səbəb olur. İçkili insanlar asanlıqla Allahın hədlərini aşırlar. İçki nəticəsində neçə-neçə ailələr dağılmış, varlı adamlar müflis olmuş, evlərdən bərəkət getmiş, əvəzinə bəla və müsibət gəlmişdir.
Günəş haqqında
Uca Allah buyurur: “Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır” (əl-Əraf, 54).
“Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə ona mənzillər (səfhələr) müəyyən edən Odur. Allah bunları yalnız haqq naminə yaratmışdır. O, ayələri bilən adamlara belə izah edir” (Yunus, 5).
Allahın "ən-Nəsir" adının mənası
Mal-dövlətin xeyri və şəri
Rəvayət edilir ki, Əbu Səid əl-Xudri demişdir: “Bir dəfə Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - minbərdə oturdu və biz də onun ətrafında oturduq. Peyğəmbər buyurdu: “Mən bu dünyadan köçəndən sonra sizin üçün ən çox qorxduğum şeylərdən biri dünyanın zövqü-səfa və bər-bəzək qapılarının sizin üzünüzə açılmasıdır.”
Bir nəfər soruşdu: “Ey Allahın elçisi, xeyirli bir şey özü ilə şər gətirə bilərmi?” Peyğəmbər susdu.