"əş-Şəms" surəsinin izahı

    19.07.2015

Mərhəmətli və Rəhmli Allahın adı ilə!  
1. And olsun günəşə və onun saçdığı şəfəqə!
2. And olsun ondan sonra zühur edən aya!
3. And olsun günəşi açıqlığa çıxardan gündüzə!
4. And olsun günəşi bürüyən gecəyə!
5. And olsun göyə və onu qurana!
6. And olsun yerə və onu döşəyənə!
7. And olsun nəfsə və onu yaradıb kamilləşdirənə,
8. ona günahları və Allahdan qorxmağı təlqin edənə!

Pirlərə gedib dua etmək barədə

    01.07.2015

Pirlər, ocaqlar və digər ziyarətgahlar insanlar tərəfindən uydurulan, Uca Allahdan qeyrisi üçün ibadət edilən yerləridir. Pənah aparmaq, dua etmək, nəzir demək, qurban kəsmək kimi hər hansı ibadət növünü Allahdan başqası üçün etmək Allaha şərik qoşmaqdır. Bu isə günahların ən böyüyüdür. Uca Allah buyurur: "Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür". (ən-Nisə, 116).

Allahdan qeyrisinə dua etmək şirkdir

    30.06.2015

Dua ibadətin ən böyük növlərindəndir, hətta ibadətin özəyidir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: "Dua ibadətin elə özüdür". (Sunən ət-Tirmizi, 2969). Uca Allah buyurur: "Rəbbiniz dedi: "Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər". (Ğafir, 60).

İmam Əlinin oğluna nəsihəti

    29.06.2015

Əli ibn Əbu Talib - Allah ondan razı olsun - İslam dinini ilk qəbul edən səhabələrdəndir. O, Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - həm əmisi oğlu, həm kürəkəni, həm də ən əziz nəvələri – Həsən və Hüseynin atalarıdır. Əli ibn Əbu Talib Təbuk döyüşü istisna olmaqla, Peyğəmbərlə birlikdə bütün döyüşlərdə iştirak etmişdir. Əli ibn Əbu Talib sağlığında ikən Cənnətlə müjdələnmiş on nəfərdən biridir. Əli ibn Əbu Talib Rəsulullahın dördüncü xəlifəsi olmuşdur. O, möminlərə layiqincə əmirlik etmiş və Kufə şəhərində altmış üç yaşında şəhid olmuşdur.

Qeybət etmək haqqında

    14.06.2015

Dilini haramdan qorumaq müsəlmanın riayət etməli olduğu ən vacib məsələlərdəndir. Dilin işlədiyi haramlara yalan, qeybət, böhtan, söz gəzdirmək, lağ etmək, söymək və s. daxildir.
Uca Allah buyurur: "Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir". (əl-Hucurat, 12).

Hədiyyə dostluq və sevginin artmasına səbəbdir

    09.06.2015

Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) hədiyyələşməyin sevgi yaradan şeylərdən olduğunu bildirərək bu əmələ təşviq etmişdir. Hədiyyələşmək, salam vermək, xəstələri ziyarət etmək, ehtiyac anında yardım etmək və digər əməllər insanlar arasında dostluq və sevgini artırır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə demişdir:
"Hədiyyə verin ki, bir-birinizi sevəsiniz". (əl-Beyhaqi).
“Hədiyyələşin, çünki hədiyyə dostluğu artırar, kini, düşmənliyi aradan qaldırar”. (ət-Tabərani, Əbu Nuaym)

Allahın "ər-Rəbb" adının mənası

    01.06.2015

ər-Rəbb sözü sahib olan, tərbiyyə edən deməkdir. Allahın ər-Rəbb adı Qurani-Kərimin bir çox ayələrində zikr edilir. Uca Allah buyurur:
“Ey insanlar! Sizə Rəbbinizdən bir dəlil gəldi və Biz sizə parlaq bir nur (Quran) nazil etdik. Allaha iman gətirən və Ondan möhkəm yapışan şəxsləri isə Allah Öz rəhməti və lütfünə qovuşduracaq və onları Özünə tərəf gedən düz yola yönəldəcəkdir” (ən-Nisa, 174-175).

Bağ sahiblərinin əhvalatı

    29.05.2015

Uca Allah Qurani-Kərimdə Qureyş qəbiləsindən olan kafirlərə bağ sahiblərinin əhvalatını misal çəkir və bununla onlara böyük nemət və mərhəmət bəxş etdiyini xatırladır. Uca Allah onlara Muhəmməd peyğəmbəri – ona və ailəsinə Allahın salavatı və salamı olsun - göndərmiş, onlar isə Allahın bu lütfünə qarşı çıxıb küfr etmişdilər. Ona görə də Uca Allah belə buyurur: Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi onları da sınağa çəkdik” (əl-Qaləm, 17).

Möminin qəlbindəki nurun misalı

    27.05.2015

Uca Allah buyurur: “Allah göylərin və yerin nurudur. Onun möminlərin qəlbində olan nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O çıraq təkcə şərqə və ya təkcə qərbə aid edilməyən daim günəş şüaları altında qalan mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. Bu, nur üstündə nurdur. Allah istədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi Biləndir.

Pages