Quran ayələrini suya oxuyub ətrafa çiləmək icazəlidirmi?

    21.10.2015
Sual: 
as salam aleykum va rahmatullahi va barakatuh.bir coxlari suya felaq nas ixlas surelerini oxuyub sora o suyu etrafa ciliyirler.bu bidetdirmi yoxsa buna icaze varmi
Cavab: 

Və aleykum Salam və rahmətullahi va bərakətuhu. Xəstəlikdən şəfa tapmaq və ya evi cadudan təmizləmək məqsədilə Quran ayələrini, zikr və duaları suya oxumaq barədə Peyğəmbərimizdən (salləllahu aleyhi və səlləm) birbaşa dəlil yoxdur.

"əl-Mutaffifin" (Çəkidə və ölçüdə aldadanlar) surəsinin izahı

    19.10.2015

Mərhəmətli və Rəhmli Allahın adı ilə!
 
Çəkidə və ölçüdə aldadanların vay halına! O kəslərin ki, camaatdan bir şey aldıqda onu tam almaq istəyərlər, onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə onu ziyana salarlar. Onlar dirildiləcəklərini fikirləşmirlərmi? Həm də əzəmətli bir gündə. O gündə ki, insanlar aləmlərin Rəbbinin qarşısında dayanacaqlar.

Su içmə ədəbi

    13.10.2015

Allah rəsulu - sallallahu aleyhi və səlləm - həyatın bütün sahələrini, hətta ən adi şeyləri də bizə öyrətmiş, bütün əməllərimizdə Allahın razılığını qazanmaq və şərdən qorunmaq üçün yollar göstərmişdir. Allah rəsulu su içmək haqqında demişdir: "Dəvə kimi bir nəfəsə içməyin. İki və ya üç nəfəsə için. Bir şey içəndə "bismilləh", içəndən sonra isə "əlhəmdulilləh" deyin!" (Tirmizi, "Əşribə", 13).
Həmçinin buyurmuşdur: "Sağ əlinizlə yeyib-için, çünki şeytanlar sol əli ilə yeyib-içərlər". (Muslim, "Əşribə", 105).

Allahın "əl-Qabid" və "əl-Basit" adlarının mənası

    04.10.2015

əl-Qabid sözü götürən, azaldan deməkdir. əl-Basit sözü isə əl-Qabid sözünün əksi olaraq genişləndirən, artıran deməkdir. Allahın əl-Qabid və əl-Basit adları Peyğəmbərin – ona və ailəsinə Allahın salavatı və salamı olsun - hədisində zikr edilir. Rəvayət edilir ki, Ənəs ibn Malik demişdir: “Allah Elçisinin dövründə Mədinə şəhərində malların bahalaşması baş verdi. İnsanlar dedilər: “Ey Allahın Elçisi, mallar bahalaşdı, bizim üçün qiymətləri təyin et!” Allah Elçisi buyurdu: “Həqiqətən, qiymətləri təyin edən, azaldan (əl-Qabid) və artıran (əl-Basit), ruzi verən Allahdır.

Allahın "əl-Muhsin" adının mənası

    01.10.2015

əl-Muhsin sözü yaxşılıq edən deməkdir. Allahın əl-Muhsin adı Peyğəmbərin hədisində zikr edilir. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Allah yaxşılıq edəndir (əl-Muhsin) və yaxşı görülən işləri sevir. Odur ki, bir heyvanı öldürdükdə gözəl bir şəkildə öldürün, kəsdikdə isə gözəl bir şəkildə kəsin. Qoy sizdən biri bıçağını itilədikdən sonra heyvanı rahatlasın”.
əl-Muhsin olan Allah bəndələrinə yaxşılıq edən, onlara bol nemətlər bəxş edəndir. O, yaxşılıq edən bəndələrini sevir. Uca Allah buyurur:

Pages