Cənnətin ən aşağı dərəcəsindəki nemətlər
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Musa Rəbbindən: “Cənnət əhlindən ən aşağı mərtəbəyə sahib olan kimdir?”- deyə soruşdu. Allah buyurdu: “Cənnət əhli Cənnətə daxil olduqdan sonra bir kişi gələcək və ona: “Cənnətə daxil ol!”- deyiləcək. O da: “Ey Rəbb! Necə daxil olum ki, artıq insanlar daxil olub yerlərini tutmuş və alacaqlarını da almışlar”- deyə cavab verəcək. Ona: “Dünya hökmdarlarından birinin mülkü qədər mülkünün olmasını istərdinmi?”- deyiləcək. O da: “İstərdim, ey Rəbb!”- deyə cavab verəcək.
Allahın sevdiyi kəlmə
Uca Allah müsəlmanlara savab qazanmaq üçün müxtəlif yollar bildirmişdir. Müsəlman tək əməlləri ilə yox, dili ilə tələffüz olunan sözlərlə də Allahın razılığını qazana bilər. Allahın razılığını qazandıran sözlərə Onu zikr etmək də daxildir. Zikrlər müxtəlifdir, bunlardan biri olan “Subhən-Allahi və bihəmdihi” (Allah pak və müqəddəsdir! Ona həmd olsun!) zikri haqda olan hədislərdən bəziləri bunlardır:
Cümə namazına tələs!
Uca Allah buyurur: “Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir”. (əl-Cumuə, 9). Bu haqda Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir:
“Cümə namazını camaatla qılmaq hər bir müsəlmana vacibdir. Yalnız dörd qrup insan istisnadır: "Sahibi olan qul, qadın, uşaq və xəstə!” (Əbu Davud, 1067). "Cümə namazına getmək həddi-buluğa çatmış hər kəsə vacibdir". (ən-Nəsai, 3/ 89).
Doğru danışmaq haqqında
"ən-Naziət" surəsinin izahı
Qısa və mənalı danışmaq haqqında
Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Mənə cavamiul-kələm (qısa kəlimələrdən ibarət ancaq geniş mənaları əhatə edən sözlər) verildi" (Müslim). Digər rəvayətdə isə: "Mən yığcam kəlmələrlə peyğəmbər göndərildim". (Səhih əl-Buxari, 2977).
Rəvayət edilir ki, bir kişi qalxıb sözü uzadaraq danışdı. Amr ibn As (Allah ondan razı olsun) dedi: "Əgər bu adam qısa danışsaydı, özü üçün daha xeyirli olardı. Mən Rəsulullahın belə dediyini eşitdim: "Mənə əmr olundu ki, sözü uzatmayım. Çünki (sözü) uzatmamaq daha xeyirlidir". (Əbu Davud).
Allahın "ər-Rafiq" adının mənası
ər-Rafiq sözü mülayim olan, yumşaq davranan deməkdir. Allahın ər-Rafiq adı Peyğəmbərin hədisində zikr edilir. Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Allah mülayimdir və mülayimliyi sevir. Sərtliyə görə vermədiyini, mülayimliyə görə verir” (əl-Ədəbul-Mufrad, 472).
Allahın "əl-Cəvad" adının mənası
əl-Cəvad sözü çox comərd, əliaçıq olan deməkdir. Allahın əl-Cəvad adı Peyğəmbərin hədisində zikr edilir. Allahın elçisi – ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Uca Allah səxavətlidir və səxavətli olanları sevir, comərddir və comərd olanları sevir. Həmçinin, üstün əxlaqı sevir, pis əxlaqı isə sevmir”. (Sahih əl-Cəmius-Sağir, 1800).