Namaz bir nurdur

    14.12.2016

Namaz ən əzəmətli ibadət və insanı Allaha yaxınlaşdıran ən üstün əməldir. Namaz İslamın beş əsasından ikincisi hesab edilir. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - buyurmuşdur: “İslam beş əsas üzərində qurulub: “Allahdan başqa haqq ilahın olmadığına və Muhəmmədin Allahın Elçisi olduğuna şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Evi (Kəbəni) həcc etmək və Ramazan orucunu tutmaq” (əl-Buxari, 8).
Namaz və digər bütün ibadətlər yalnız Allah xatirinə yerinə yetirilməlidir. Uca Allah buyurur:

Ey Rəbbimiz...

    12.12.2016

Uca Allah buyurur: "Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: "Biz Onun elçiləri arasında fərq qoymuruq!" Onlar dedilər: "Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!"

əl-Fatihə surəsinin izahı

    28.11.2016

əl-Fatihə (Kitabı açan) surəsinin təfsiri
1. Mərhəmətli və Rəhmli Allahın adı ilə!
2. Həmd olsun aləmlərin Rəbbi Allaha,
3. Mərhəmətli və Rəhmliyə,
4. Haqq-hesab gününün Hökmdarına!
5. Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
6. Bizi doğru yola yönəlt –
7. nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna deyil!

Yağış yağarkən dua edin!

    17.09.2016

Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) yağış yağan vaxtın duaların ən çox qəbul olunduğu vaxtlardan biri olduğunu bildirərək demişdir: "İki dua vardır ki, geri qaytarılmaz: Azan verilərkən və yağış yağarkən". (Əbu Davud, 2540).

Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) yağış vaxtı həmçinin bu duaları da etmişdir:
[Allahummə sayyibən nafian]
«Allahım! (Bu yağışı) bol, faydalı et!» («Fəthul-Bari», 2/518)

"əl-Kövsər" surəsinin izahı

    14.09.2016

Ənəs ibn Məlik demişdir: “Bir gün Allah Elçisi - salləllahu aleyhi və səlləm - yanımızda olarkən yuxuya getdi. Sonra gulumsəyərək başını qaldırdı. Biz dedik: “Səni guldurən nədir, ey Allahın Elçisi?” O: “İndicə mənə bir surə nazil oldu”- deyərək bu ayələri oxudu:

Ey Mənim qullarım!

    09.07.2016

Uca Allah ən kamil sifətlərə sahibdir. O, əzəmətli Ərşin Sahibi, bəndələrinin üzərində tək Hökmdar və ən ədalətli Hakimdir. O, adil bəndələrini sevər, zülmü və zalımları əsla sevməz. O, zalımlara möhlət verər, onlara əzab verməyə tələsməz, çünki, O, bəndələrini əfv etməyi və əfv edənləri sevər. Onun rizasını qazanan kəslər adil olanlar, əfv edənlər və mərhəmətli olanlardır. Peyğəmbərimiz - salləllahu aleyhi və səlləm - məşhur qüdsi hədisdə demişdir: “Uca Allah belə buyurdu: “Ey Mənim qullarım! Mən zülm etməyi Özümə haram saydım və sizin aranızda da onu haram etdim.

İsa peyğəmbərin hikmətli kəlamları

    15.05.2016
İsa peyğəmbərin su üzərində gəzməsi

İsa ibn Məryəm (ona Allahın salamı olsun) buyurmuşdur:

“Dünya həyatının kiçik olmasına baxmayaraq onun üçün çalışırsınız. Axirət həyatının böyük olmasına baxmayaraq onu tərk edirsiniz. Lakin, hamınıza ölüm gələcəkdir”. (İbn Əbud-Dunyə “əz-Zuhd” 275).

“Həqiqətən, bu gecə və gündüz iki xəzinədir, elə isə onlarda nəyi tələf etdiyinizə nəzər salın!” Həmçinin, belə deyərdi: “Gecə nə üçün yaradılmışdırsa, ona uyğun əməl, gündüz nə üçün yaradılmışdırsa, ona uyğun əməl edin!” (İbn Əbud-Dunya “əz-Zuhd” 423).

Yalan danışmaqdan çəkinin!

    04.05.2016

Yalan danışmaq böyük günahdır. Uca Allah buyurur: “Elə isə murdar bütlərdən uzaq olun, yalan sözlərdən də çəkinin” (əl-Həcc, 30).
Əbu Bəkrə rəvayət edir ki, Peyğəm­bər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - üç dəfə: “Sizə günahların ən böyük­ləri barədə xəbər verimmi?”– deyə soruşdu. Səhabələr: “Bəli, ya Rə­sulallah!”– deyə cavab verdilər. Peyğəm­bər: “Allaha şə­rik qoşmaq, valideyn­lərin üzünə ağ olmaqdır, – deyib söy­kəndiyi yerdən qalxıb oturdu, və yalan söz danışmaqdır”– dedi”. (Sünən ət-Tirmizi).

Pages