Muhəmməd peyğəmbərin dünyaya gəldiyi və vəfat etdiyi tarix nə vaxt olmuşdur?

    05.04.2014
Sual: 
Salam aleykum. Peygemberimizin (sallallahu aleyhi ve sellem) dogum gunu ve olum tarixi ne vaxtdir?
Cavab: 

Aleykum salam. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bazar ertəsi günü, Rabiu-l-Əvvəl ayının doqquzu, fil ilində Məkkədə anadan olmuşdur. Miladi tarixlə 571-ci il, aprelin 20-si və ya 22-si.

Cənnət və Cəhənnəm həqiqətən varmı?

    04.04.2014
Sual: 
Salam aleykum. Mənim suallım budur ki, cənnət və cəhənnəm doğrudan vardır? Eger bunlar heqiqetdirse, mumkundurse Cennet ve Cehennem haqqinda bir achiqlamasiyla tefsialtli shekilde melumat vererdiz.
Cavab: 

Aleykum salam. Cənnət və Cəhhənəm var olması həqiqətdir. Quranın insan sözü olmadığı, Allahdan olması sübut olunmuşdur və onun içində yazılan hər bir şey haqqdır. Daha ətraflı:
Quranın Allah sözü olmasının sübutları

Kolbasa haqqında

    04.04.2014
Sual: 
Salam aleykum. Ne vaxtdır başım qarışıq idi, düzdür yazmağım biraz gec oldu, amma men sozumu demek isteyirem. Bir defe bir istifadeçi size kolbasanın halal ve ya haram olduğu barede sual vermişdi. Siz ise halalıninda olduğunu qeyd etmişdiniz. Ona qalsa menimde bir qohumum var, halal adi altinda kolbasa ve sosiska istehsal eden yerde işleyir. Lakin o deyir ki, heç biri "bismilləh" deyilmeden kesilir. Hemde it, donuz, ölmüş eşşek ve inek etlerinden hazırlayırlar. Hemde internetde kolbasa haqqında olduqca çox videolar var. Axtarışa kolbasanın hazirlanması yazsanız gore bilersiniz.
Cavab: 

Aleykum salam. Kolbasanın halal və ya haram olması tərkibindən asılıdır. Üzərinə halal yazılmış kolbasaların tərkibinə, ətlərin kəsilməsinə və s. dövlət nəzarəti mövcuddur. Ona görə də, üzərinə halal yazılmış kolbasaları alıb yemək olar.

İlahiyyat fakultəsini bitirən harada işləyə bilər?

    04.04.2014
Sual: 
Salam aleykum. Men yaxinda imtahan vereceyem. Men ilahiyyat ixtisasini sechmek isterdim. Amma oxuyub qurtardiqdan sonra harada ishleye bilerem? Bilirem ki, bu suallari cavablandiranlar ilahiyyat fakultesini qurtaranlardir. Bu suali veren qizdir, yeni men. Hemin ixtisasda ereb dili kechilirmi? Sizden meslehet isteyirem.
Cavab: 

Aleykum salam. Qeyd etdiyiniz ixtisas üzrə, həmçinin, ərəb dili üzrə müəllim, habelə tərcüməçi də işləyə bilər. 

Pages