Sevdiyin şəxslə ailə qura bilməmək qismətdir?

    11.04.2014
Sual: 
Salam aleykum. İstediyin ve ya sevidyin qizi ala bilmirsense bu qismetdi, qederdi, yoxsa insanin ozunden asili olan bir şeydir?
Cavab: 

Aleykum salam. Əgər hər hansı bir iş üçün çalışırıq və o iş alınmırsa, bilmək lazımdır ki, bu, Allahın bizə təqdir etdiyi qədərdir və bunda bizim üçün xeyir vardır. Ona görə də Uca Allahdan xeyirli ailə, övlad, mal-dövlət istəmək lazımdır.

Çoxlu bəddua etmək haqqında və digər suallar

    11.04.2014
Sual: 
Salam aleykum. Sizden xahiş edirem sualimi cavablandirasiz. 1) Men son zamanlar chox beddua ve qarğışlar edirem. İnan ki, evveller bele deyildim. Heyatimdaki bezi insanlar meni bu hedde chatdirir. Özüm namaza yeni bashlamisham. Kimse qelbime toxunanda ve ya meni incidende esebilerimi cilovlaya bilmirem. Namazdan sonra da Allahin o insani cezalandirmasini isteyirem. Bezen peshman oluram. Buna gore bezen ise yox bed dua etmirem. Chunki bezi insanlar davranishlariyla bu bedduani haqq edir. Sizce men gunaha batiram? 2) Ölünü söyen shexs gunaha batirmi?
Cavab: 

Aleykum salam.

Yaşadığın yerdən neçə km məsafə yol getdikdən sonra səfər sayılır?

    09.04.2014
Sual: 
Salam aleykum. Sefer zamanı bildiyimiz kimi namazı qısaltmalıyıq. Bəs bu səfər deyiləndə nə qədər məsafə nəzərdə tutulur? Məsələn mən 2 saatlıq olan bir yerə qonaq gedirəmsə, bu səfər sayılırmı?
Cavab: 

Aleykum salam. Səfər saat və ya məsafə ilə ölçülmür. Camaat arasında səfər kimi qəbul olunan məsafə getdikdə, səfərə getmiş sayılırsınız. Məsələn, Bakıdan Sumqayıta getdikdə, səfərdə olduğumuzu demirik. Amma Bakıdan Qubaya gedəndə, camaat bunu səfər hesab edir.

Hicabla bağlı sual

    09.04.2014
Sual: 
Salam aleykum. Men bir aydır ki, hicab bağlayıram. Men bilmeden meni eve gelen qonaqlar hicabsız gördüler. Amma tez qaçıb bağlandım. Bunun günahı nedir? Buna göre çox narahatam. Xahiş edirem tez bir zamanda sualımı cavablandırasız. Allah sizden razı olsun!
Cavab: 

Aleykum salam. İnşallah buna görə sizə heç bir günah yazılmaz. Çünki bu qəsdən edilməmişdir. Allah Təala buyurur: "...Səhvən etdiyiniz əməllərə görə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir".

Ey insanlar!

    09.04.2014

Uca Allah buyurur:
“De: "Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm. Göylərin və yerin hökmranlığı Ona məxsusdur, Ondan başqa ibadətə layiq olan məbud yoxdur. O həm dirildir, həm də öldürür. Elə isə Allaha və Onun Elçisinə – yazıb-oxumaq bilməyən, həm də Allaha və Onun kəlmələrinə inanan peyğəmbərə iman gətirin. Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz" (əl-Əraf, 158).

Soyuqdəymə qorxusundan cinsi əlaqədə olmaqdan çəkinirəm

    09.04.2014
Sual: 
Salam aleykum. Men zövcemle cinsi elaqede ola bilmirem. Chunki chimen kimi ona soyuq deyir. Men ne edim? Bir meselehet vererdizde. Salam aleykum.
Cavab: 

Aleykum salam. Soyuqdəymə qorxusu ilə qüsldan və qüsla görə də cinsi əlaqədən çəkinmək lazım deyildir. Əgər qüsl almaq yoldaşınızın sağlamlığına zərər verirsə, təyəmmüm ala bilər. Xəstəliyin təhlükəsi sovuşduqda isə yenə qüsl ala bilər.  

Pages