Namazı naməhrəmdən öyrənə bilərəmmi?

    12.04.2014
Sual: 
Salam aleykum. Namaza teze bashlamisham. Meni örgetmek uchun oglanla qila bileremmi? Yeni o qabagda imam kimi meni gormemek sherti ile qila bilerikmi? Ve sesimi eshidirse namazim batil olurmu? Xahiş edirem etrafi cavablandirasiz.
Cavab: 

Aleykum salam. Yaxşı olar ki, qadına namazı qadın öyrətsin. Qadının naməhrəmlə birlikdə namaz qılması düzgün deyildir. 

Mən hər namazdan sonra zikr edirəm

    11.04.2014
Sual: 
Salam aleykum. Men her namazda, yeni ister vacib, isterse de qeza namazlarinda zikr edirem. Yeni tesbeh chekirem. Bunu her zaman etmeliyem?
Cavab: 

Aleykum salam. Hər namazdan sonra zikr etməyiniz yaxşıdır, amma təsbeh çəkməyə ehtiyac yoxdur. Çünki Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) zikrləri təsbehlə deyil, barmaqları ilə sayardı.

Bilmədən donuz əti yemişəm. Bunun mənə günahı varmı?

    11.04.2014
Sual: 
Salam aleykim. Menim sualim beledir. Men donuz eti yemirem. Bu yaxlnlarda meni aldadib mene mal eti adinan donuz eti yedizdiribler. Bunun mene gunahi varmi?
Cavab: 

Və aleykum Salam. Bunun sizə heç bir günahı yoxdur. Çünki bu bilərəkdən baş verməmişdir. Uca Allah buyurur: "Səhvən (bilmədən, qəsdisiz) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var).

Zikr neçə min dəfə edilməlidir?

    11.04.2014
Sual: 
Salam aleykum. Zkir neçe min defe edilmelidir? Deyilene gore 70 min defe edilmelidir. Yeni men bele eshitmishem. Bu dogurdanda beledirmi? Eger beledirse niye onda 7o min defe edilmeldir?
Cavab: 

Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) sayla olan zikrləri yüzdən artıq zikr etməmişdir. Səhih hədislərə əsasən yüzdən artıq sayda zikrlər mövcüd deyildir.

Qorxu haqqında

    11.04.2014
Sual: 
Salam aleykum. Size birinci sualim budur. Her defe mene ele gelir ki, sanki bu deqiqe qiyamet qopacaq. Allaha elediyim emellerime gore ne cavab vereceyimi daim dushunurem. Bunun uchun de chox qorxuram! İkinci sualim ise mene daim ele gelir ki, kimse meni izleyir. Qaranliqda heyete chixanda eve tez qachiram. Ele bilirem ki, kimse var. Bu ne ola biler? Önceden teshekkurler!
Cavab: 

Aleykum salam. İnsanın Axirəti xatırlaması və əməllərinə nəzarət etməsi yaxşı bir haldır. Lakin bu insan üçün sarsıntı, təlaş, həyəcan gətirməməlidir. Qaranlıq düşəndə isə qorxu, həyəcan keçirmək şeytandan və şeytanın insana təsir etməsindən irəli gəlir.

Pirləri ziyarət edib onlara dua etmək Allaha şərik qoşmaq hesab olunur?

    11.04.2014
Sual: 
Salam aleykum. Pirlere gedib ziyaret etmek ve ya onlara dua elemek Allaha sherik qoshmaq hesab olunur?
Cavab: 

Aleykum salam. Pirləri ziyarət edib Allahla yanaşı başqalarına yalvararaq yardım diləmək, pirə nəzir deyib vermək, pirin başına dolanmaq, pənah aparmaq, pirə qurban kəsmək ibadətdə Allaha şərik qoşmaq sayılır.

Riyakarlıq hissindən necə xilas ola bilərəm?

    11.04.2014
Sual: 
Salam aleykum. Men bu hisden, yeni riyakarliqdan nece qurtula bilerem? Men bele olmaq istemirem. Bu hiss meni chox narahat edir. Xahiş edirem mene komek edesiniz. Men neyniye bilerem? Allah rizasi uchun etrafli yazin. İnden chox sag olun. Allah razi olsun.
Cavab: 

Aleykum salam. Bilmək lazımdır ki, riyakarlıq hiss yox, əməldir. Allah Təala Öz mübarək kitabında riyakarlıq edənlər haqda belə demişdir: "Ey iman gətirənlər!

Pages