Sevgi duası varmı?
Aleykum salam. Belə bir dua növü yoxdur. Lakin siz öz sözlərinizlə bu mənada dua edə bilərsiniz: "Ey Allahım! Mənə həm bu dünyada həm də axirətdə xeyirli olan bir insan nəsib et".
"İnsan yarananda hansı dində olur" sualına dəlil istəyirəm
Aleykum salam. Uca Allah buyurur: "Sən hənif (tək Allaha ibadət edən) olaraq üzünü dinə tərəf çevir! Allahın insanları yaratdığı fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir". (ər-Rum, 30).
İslamda pişik və bayquş haqqında hansı məlumat vardır?
Ailə münaqişəsi haqqında
Aleykum salam. Sualınız nədən ibarət olduğunu yazmadınız.
Qüslsuz telefondan Quran oxumaq olarmı?
Aleykum salam. Qüslsuz Quran oxumaq olmaz.
BİU-ə necə daxil olmaq üçün nə etməli?
Aleykum salam. BİU-nə qəbul olmaq haqda məlumat almaq üçün TQDK-nə müraciət edin.
Axirəti inkar edənləri necə inandırmaq olar?
Aleykum salam. Cavabı buradan oxuyun: "Cənnəti və Cəhənnəmi inkar edənləri necə inandırmaq olar?"
İslamda kişinin qadına əl qaldırması düzgündürmü?
Aleykum salam. Sualınızın cavabını buradan oxuyun: Dinimizə görə qadını döymək günahdırmı?
Sevdiyim oğlanın valideynlərinin bizə elçi gəlməsi üçün Allaha necə dua edim?
Aleykum salam. Bunun üçün xüsusi bir dua yoxdur.