Məcburən and içdikdən sonra andımı pozduğuma görə günah qazanıram?

    16.04.2014
Sual: 
Salam aleykum. Menim size bir sualim var. Anam meni mecburi bir meseleye gore and ichdirib. Facebook sosial shebekisde girmeyim deye. Birinci dedi ki, girenin atasi-anasi ölsün! Mende anamdan xahiş etdim ki, bed duasini geri götürsün. Dedi ki, onda Allaha and iç mende inanim. Men anama bir az tereddud icherisinde mizildanaraq yox-zad dedim. Özün bilersen dedim. Yaxshi, amma o sozu geri gotur sen! Dedi yaxshi. Amma men orada oz sevdiyimle danishmaq uchun girirdim ve indi de girirem. Allah meni bagishlayarmi? Andimi pozdum deye xahiş edirem cavab verin. Allah sizlerden razi olsun!
Cavab: 
Aleykum salam. Siz andınızı pozduğunuza görə günah daşıyırsınız. Bunun kəffarəsini (əvəzini) verməlisiniz. Andını pozan insan on nəfər kasıb insanı geyindirməli və ya on nəfər ac insanı yedizdirməlidir. Əgər bunları bacarmazsa, üç gün ardıcıl oruc tutmalıdır.

Hərra dağı ilə Peyğəmbərimizi nə bağlayır?

    16.04.2014
Sual: 
Salam aleykum. Hərra dagi ile Peygemberimizi (s.a.s) ne baglayir? Allah sizden razi olsun!
Cavab: 

Aleykum salam. Əgər Hərra dedikdə Hira dağını nəzərdə tutursunuzsa, Peyğəmbərimizə (salləllahu aleyhi və səlləm) vəhy Hira dağında mağaranın içində nazil edilmişdir. Hira dağı (indi Cəbəlun-Nur adlanır) Məkkə şəhərinin yaxınlığında yerləşir.  

İslamdan öncə əldə edilən haram qazanc halal sayılırmı?

    16.04.2014
Sual: 
Salam aleykum qardaş. Qardaş bir mesele ile bagli de sual vermek isterdim. Demeli qardaş bir insan ki, cahillik vaxtinda haram yol ile pul qazanarsa ve hemin pulla mebeller alib hemchinin budcede de pul qalibsa ve hemin adam sonradan tovbe edib, iman getirib, Allah Subhenehu ve Tealadan bagishlanma dileyerse, mebeller ve budcedeki pullar halal hokmune dushur? Yoxsa düşmür? Allah rizasi uchun bunu da cavablandirarsiniz.
Cavab: 

Aleykum salam. İslam özündən öncəki günahları silir. Allah Təala islamdan öncə edilən əməlləri İslama gəldikdən sonra xeyirlə əvəz edir: "Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər.

Namazın sözlərində hərf səhvi etdikdə səhv səcdəsi etmək lazımdır?

    16.04.2014
Sual: 
Salam Aleykum. Namaz qilarken namazin sozlerinde herf sehvi edende onu duzeldene kimi bir nece defe tekrar etdikde sehv secdesi lazimdimi? Ya namaza bunnan xelel gelmir ki?Allah razi olsun.
Cavab: 

Aleykuma salam. Namazda oxunan surələrdə hərf səhvinə görə səhv səcdəsi etmək lazım deyildir. İnşallah bu cür səhvlər namaza xələl gətirmir. 

Günümü necə faydalı keçirə bilərəm?

    16.04.2014
Sual: 
Günümü çox faydalı keçirtmək istəyirəm. Lakin bunu istəsəm də alınmır. Şeytan hər dəfə məni yoldan çıxarmağı bacarır. Evdəki çöldəki cahillər və s. Əslində bunların bəhanə olub olmamasın bilmirəm. Gün ərzində düşünürəmki bu qədər Quran ayəsi əzbərləyəcəm və ya bu dərsləri dinləyəcəm və s. Nə etsəm də dediyimi edə bilmirəm. Günün sonunda isə çox peşman oluram. Günlərin çox surətlə getdiyini hər günümün mənim eleyhimə olduğun hiss edirəm. Bu mənə acı verir. Hərdən elə vəziyyətə gəlirəmki buna dözə bilmirəm peşmançılıq hissi məni məhv edir. Lakin hər gün özmə söz versəm də bunu bacarmıram.
Cavab: 

Aleykuma salam. Əslində siz Alalh tərəfindən bir növ xeyir içindəsiniz, ona görə ki siz xeyir və şərin nə olduğunu anlayırsınız. Bunu anlamaq isə hər kəsə nəsib olmur. İnsanın vaxtının qədirini bilməsi və onu Allahın rizası üçün sərf etməsi Allaha və Axirət gününə olan imanından irəli gəlir.

Sübh namazının yalnız fərzini qılmaq düzgündür?

    16.04.2014
Sual: 
Salam aleykum. Subh namazinin yalniz ferz olan 2 ruketini qilmaq duzgundurmu? Men hemishe 2 ruket qiliram. Duz edirem?
Cavab: 

Və aleykum Salam. Siz yalnız fərzi qılmaqla vacib olanı yerinə yetirmiş olursunuz. Lakin əgər Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yolunu tutmusunuzsa, Peyğәmbәrimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) sübh namazının sünnətini demək olar ki, heç vaxt tərk etməmişdi.

İnsan öləndən dərhal sonra Cənnətə və ya Cəhənnəmə düşür?

    16.04.2014
Sual: 
insan olenden derhal sonra cennet ve ya cehenneme dushur? yoxsa qiyamet gunu olmus insanlar dirilenden sora bu mueyyen edilecek? eger olen kimi dusurse o zaman qiyamet gunu oluler dirilenden sora cennet ve cehennem ehlinin taleyi nece olur? yeniden here oz yerine qayidir ya nece bu proses mene maraqlidir
Cavab: 

Aleykuma salam. İnsan ölən kimi cənnətə və ya cəhənnəmə düşmür, insan öləndə qiyamətə qədər bərzəx (ruhlar aləmi) deyilən yerdə həyat sürür. Əgər mömin olubsa, orada nemət içində olur. Yox, əgər kafir olubsa, orada əzab çəkir.

Küsmək barəsində

    16.04.2014
Sual: 
Salam aleykum. Men 3 gundur ki, sinif yoldashimdan kusmushem. Amma men kusmemishdim o ozu men kusmushdu. Artiq 4 gundur ki, men chox qorxuram. Axi 3 gunden artiq kusulu qalmaq gunahdir. Bu ancaq muselmanin muselmanla kusmesine aiddirmi? Yeni men muselmanam, namaz qilanam, amma sinif yoldashim namaz qilmir (bir muddet qilib, sonra atib). Onun arada fala baxdiğini da gormushem. Ona bunun sehv ve boyuk gunah olduğunu demishem. Amma ele oz bildiyini edir. Men kusmekle gunahmi edirem? Allah razi olsun!
Cavab: 

Və aleykum Salam. Üç gündən artıq küsülü qalıb bir-birindən salamı kəsmək qadağan edilmişdir. Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) demişdir: "Bir müsəlmanın müsəlman qardaşı ilə üç gündən çox küsülü qalması halal deyil. Üç gün tamam olanda gedib salam verməlidir.

Pages