İslam Universitetində təhsil almaq istəyən şəxs günahsız olmalıdır?
Aleykum aleykum. Hər bir müsəlman bacardığı qədər günahlardan uzaq durmağa çalışmalıdır, xüsusilə də dini elmləri öyrənən və başqalarına öyrədən insanlar. Lakin bilmək lazımdır ki, istər alim, istərsə də adi müsəlman olsun heç bir qul xətasız olmaz.
Namazı öyrətməyin savabı nə qədərdir?
Aleykum salam. Namazı və başqa ibadətləri öyrətməyin çox böyük savabı vardır. Savabın nə qədər olmasına gəlincə, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) bu haqda buyurmuşdur: "Xeyirin yolunu göstərən ona əməl edən şəxs kimi savab qazanır". (Muslim, 1893).
Cənnəti və Cəhənnəmi inkar edənləri necə inandırmaq olar?
Və aleykum Salam. Bu cavabları oxuyun:
Axirətə iman gətirməyənləri necə inandıra bilərsiniz?
Cənnət və Cəhənnəm həqiqətən varmı?
Keçmiş günahlarıma görə indi tövbə namazı qıla bilərəmmi?
Aleykum salam. Bir il öncə etdiyiniz günahlara görə iki rükət namaz qılıb səcdədə Allahdan bağışlanma diləyə bilərsiniz. Həmçinin bu linkləri oxuya bilərsiniz:
Tövbə namazı necə qılınır?
Deyilənə görə Ay qan rənginə boyanacaq
Aleykum salam. Qiyamətin kiçik və ya böyük əlamətləri arasında ayın qan rənginə boyanacağı ilə bağlı heç bir məlumat verilmir. Daha ətraflı bu cavabı oxuyun:"Havanın pisləşməsi Qiyamətin gəlməsindən xəbər verə bilərmi?"
Qiyamətə yaxın Məsihi Dəccal insanların başını kəsəcək?
Aleykum salam. Dəccal ilə bağlı bu məqalələri oxuya bilərsiniz:
"Dəccalın fitnəsi"
"Dəccaldan qorunmağın yolları"
Zikr və namazın vaxtı ilə bağlı sual
Aleykum salam. Hər iki əlin barmaqları ilə zikr etmək olar. Sübh namazınn vaxtı cədvəldə göstərildiyi vaxtda bitir. Havanın işıqlanması hələ günəşin doğması demək deyildir. Günəş üfüqdən çıxmağa yaxınlaşdıqda hava işıqlanmağa başlayır.
Quranda neçə ayə var?
Aleykum salam. Quran ayələrinin dəqiq sayı ilə bağlı qiraət və təfsir alimləri arasında fərqli fikirlər vardır.
əl-İxlas, əl-Fələq və ən-Nas surələrini bura yaza bilərsinizmi?
Aleykum salam. əl-İxlas surəsi:
Bismilləəhi-r-rah'məənir-rahiim.