Quranla bağlı bir neçə sual

    04.04.2014
Sual: 
Salam aleykum. Evvala bagishlayin ki, sizi narahat edib qizildan da deyerli vaxtinizi aliram. Men bu sayta chox boyuk hormet ve etibar edirem. Demek olar ki, vaxt tapib tez-tez meqaleleri ve sual-cavabi izleyirem. Allah bereketli elesin. Men aileliyem. Allah hemd olsun.
Cavab: 

Aleykum salam. Ümumiyyətlə 1-ci sualda qeyd etdikləriniz ümumilikdə hamısı sehrin növlərindən hesab olunur. Uca Allah buyurur:

İslama görə neçə yaşda ailə qurmaq olar?

    02.04.2014
Sual: 
Salam aleykum. Menim 19 yashim valideynlerim mene qiz almaq istiyirler, amma menim hele evlenmek fikrim yoxdur. Sizce islama gore qiz-oglan neche yashda aile heyatI qurmalidirlar? Xahiş edirem ki, etrafli cavab yazasiniz. Bu mene cox vacibdir.
Cavab: 

Aleykum salam. İslam dininə görə yetkinlik yaşına çatan hər kəs ailə qura bilər. İnşallah ailə qurmaq barədə məqalə yazmaq niyyətindəyik. Məqalələri izləyin!

Nigahın şərtləri nədir?

    02.04.2014
Sual: 
Salam aleykum. Hansi shertlerle insan imam nigahinda ishtirak etmeye biler? Yeni qaydasi necedir?
Cavab: 

Aleykum salam. Nigahın şərtləri yerindədirsə, nigahda iştirak etməsəniz belə nigah keçərlidir. Çünki nigahın qaydalarında əsas şərt qızın və vəlisinin, yəni valideynlərinin razılığı (halallığı), mehrin (başlıq parası) təyini və həmin mərasimdə şahidlərin iştirak etməsidir. 

Namazın qılınma qaydası ilə bağlı video çarx yerləşdirə bilərsiniz?

    01.04.2014
Sual: 
Salam aleykum. Menim yashim var. Namaz qilmaq isteyirem. Namaz qilmaq menim choxdan ki, arzumdur. Bizzde namaz qilmaq uchun xususi kagIz var ve oxuyuram. Amma basha dushmurem neche ruketdiler? Zohr namazi hansidi, esr hansidi? Amma men isterdim ki, siz (www.youtube.com) kanalına namaz nece qilmağin qaydasi olan video qoyasız. Mende ordan baxim oyrenim. Namazi adamin dilinden eshitmesem namaz hereketleri eden adam gormesem oyrene bilmerem. Amma hemen namaz qilan adam subh namazin, zohr namazin, əsr namazin, megrib namazin ve.s kimi ayri qilmalidir ki, bele video chixarda bilersiz youtubeye?
Cavab: 

Aleykum salam. İnşallah tezliklə dediyiniz məsələ öz müsbət həllini tapacaq. Bu məsələ ilə bağlı bəzi tamamlanmayan işlərimiz qalıb. Çalışırıq ki, onları tez bir zamanda həll edib namazın qılınma qaydaları ilə bağlı video çarxı saytımıza yerləşdirək. Bizi izləməkdə davam edin!

Cadu haqqında

    01.04.2014
Sual: 
Salam aleykum. Menim sualim caduyla baglidir. İslamda cadu deyilen elm varmi? Yoxdursa, bes niye cadu edirler? Men gulun dibini deyishende manqalin dibinden xeyli duyun vurulmuş sap ve dua tapdim. Bu cadu deyilmi? Bunu ne etmek olar? Onu niye edibler nedir onun menasi, heç özümde bilmirem. Bunu eden ve etdiren Allahdan qorxmurmu? Onu mundarlamaq olarmi?
Cavab: 

Aleykum salam. İslam dini cadu elmini öyrənməyə, cadu ilə məşğul olmağa və cadu etdirməyə qarşı çıxır və bunların hamısını şirk və küfr kimi böyük günah hesab edir. Cadu ilə məşğul olanları isə kafir hesab edir.

Dəstəmaz alarkən ayaqlar yuyulur, yoxsa üzərinə məsh çəkilir?

    01.04.2014
Sual: 
Salam aleykum. Shieyem destemaz alarken ayaqlar yuyulur, yoxsa ayaqlara mesh chekilir.
Cavab: 

Aleykum salam. Ayaqları yumaq vacibdir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun". (əl-Maidə, 6).

Həlakedici günahlar

    31.03.2014

      Allaha qarşı edilən hər bir asilik günahdır. Günahlar böyük və kiçik olmaqla iki qismə bölünür. Bəndəni Allahın lənətinə məruz qoyan və ya Onun qəzəbinə düçar edən, yaxud Cəhənnəm oduna sürükləyən, yaxud da dünyada ikən cəzaya məhkum edilməsinə səbəb olan günahlar böyük hesab olunur. 

Evli kişi siğə edə bilərmi?

    31.03.2014
Sual: 
Salam aleykum. Sualim budur ki, evli kishi ile siğe elemek olarmi? Ümumiyyetle hansi halda sige elemek olar? Yoldashim mene evli ola-ola bashqa qadinla sige elemeyin dinde haqq oldugunu soyleyir. Men yoldashimi chox sevirem. İstemirem o bele bir shey etsin! Xahiş edirem meni bu haqda bilgilendiresiz! Allah sizlerden razı olsun! Tehsekkurler!...
Cavab: 

Aleykum salam. Siğə etmək haramdır. Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demişdir: "Xeybərin fəthi günü Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) siğəni və eşşəyin ətini yeməyi haram buyurmuşdur". (əl-Buxari, 4216). 

Pages