Quranla bağlı bir neçə sual

    04.04.2014
Kimdən: 
Şəhla Əliyeva
Sual: 
Salam aleykum. Evvala bagishlayin ki, sizi narahat edib qizildan da deyerli vaxtinizi aliram. Men bu sayta chox boyuk hormet ve etibar edirem. Demek olar ki, vaxt tapib tez-tez meqaleleri ve sual-cavabi izleyirem. Allah bereketli elesin. Men aileliyem. Allah hemd olsun. Yoldashim da ozum de ovladlarim da ibadet ehlidir. 1) Zehemt olmasa sehr, bəxt açmaq, Quran açmaq, ekstrasenslik, cadu ve cinler, ərraflıq, kahinlik, ulduz fali, fal oxlari və xüsusende "münəccimlik" haqda etrafli melumat yazardiz. 2) Qurani oyrenib-oyretmeyin ne qeder savabli bir ish olmasini bilmek isterdim. 3) Men herden bosh vaxtlarim olanda qohumlara ve qonshularimiza Qurani erebce oxumagi oyredirem. Men Ali Tehsilliyem. Yeni Quran oxumagi Universitetde oyrenmishem. 4) Bilmek isterdim ki, Quran oyretmeye gore peshe ve ya bir ixtisas kimi pul goturmek olar? 5) Birde bu yaxinlarda bir yerde oxudum ki, "tekebburluk", "ucb" ve onlarin mualicesi bu ne demekdir? 6) Qiyas ne demekdir? 7) Sonuncu sualim ise iki insanin kusulu qalmasi ve bir-birlerine kin-kuduret beslemesi ne derecede dogrudur? Ve hansi gore kusmek olar? Zehmet olmasa yazdigim butun suallar imkan daxilinde etrafli ve izahli delillerle cavab vererdiz. Sebrsizle cavabları gözleyirem. Allah sizden razi olsun
Cavab: 

Aleykum salam. Ümumiyyətlə 1-ci sualda qeyd etdikləriniz ümumilikdə hamısı sehrin növlərindən hesab olunur. Uca Allah buyurur:
"Həqiqətən onlar, (yəni sehrbazlar, cadugarlar, münəccimlər, kahinlər), belə şeyləri satın alanların axirətdə heç bir payı olmadığını yaxşı bilirlər". (əl-Bəqərə, 102).
"Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir günahkara, yalançıya (cadugara, falçıya, sehrbaza və adlarını kahin qoyub xalqı aldadanlar) nazil olur". (əş-Şuəra, 221-222). 
"Sehrbaz isə harda olursa olsun mətləbinə çatmaz". (Ta Hə, 69). 
"Sehrbazlar (dünya və axirətdə) nicat tapmazlar". (Yunus, 77).
Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Özünüzü yeddi həlak edici günahdan qoruyun". Səhabələr: "Ya Rəsulullah! Onlar hansılardır?" deyə soruşdular. Peyğəmbər (salləllahu aleyhi və səlləm): "Allaha şərik qoşmaq, Sehrlə məşğul olmaq, haqqı olmadan Allahın haram etdiyi insanı öldürmək, Sələm (faiz) almaq, Yetim malını yemək, Döyüş günü meydandan qaçmaq, ismətli, namuslu qadınları namussuzluqda ittiham edərək böhtan atmaq". (əl-Buxari, 5/294; Muslim, 89; Əbu Dəvud, 2874; ən-Nəsəi, 6/257). 
Möminlərin anası Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, mən: "Ya Rəsulullah! Kahinlər bizlərə bəzi şeyləri söyləyirlər ki, onların dedikləri doğru çıxır". Peyğəmbər (salləllahu aleyhi və səlləm): "Bu doğru (sabit) olan kəliməlrdir ki, cinlər oğrun-oğrun qulaq asaraq (bu kəlimələri) oğurlayaraq öz dostlarının (sehrbazların, falçıların, kahinlərin) qulağına sözlərə yüz dənə yalan əlavə edərək pıçıldayarlar (Başqa rəvayətdə: Toyuğun qaqqıldaması kimi sözləri onların qulağına əyilərək boşaldarlar. Onlar heç bir şey deyillər)" deyə buyurdu. (Muslim, 2229). 
İbn Abbas (Allah onlardan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Astrologiya elmindən bir sahəni öyrənən sehrdən bir sahə öyrənmiş olur. Çoxunu öyrənən kəs sehrdən bir o, qədər öyrənmiş olur". (İmam Əhməd, 1/277,311; Əbu Dəvud, 3905; İbn Məcəh, 3726). 
Əgər cadugar və ya falçı yanına gedən şəxs onun qeybi bildiyini qəbul etmirsə və onu sadəcə dinləmək və ya buna bənzər bir səbəblə gedirsə küfr etmiş olmur, lakin fərz namazları qırx gün müddətində qəbul edilmir. İbn Əsir (Allah ona rəhmət eləsin) belə deyir: "Münəccim, qeybi bildiyini iddia edən kimsədir". 
1) Həmçinin oxuyun: Sehr nədir?
Ekstrasenslik günahdır?
Ekstrasens vasitəsi ilə cadunu tapmaq olarmı?
Bəxti necə açmaq olar?

Niyyət üçün Quran açdırmaq günahdırmı?
Cadu və cinlər həqiqətdirmi?​

Falçıya inanmaq və cadu etdirmək nə dərəcədə günahdır?
Elə belə fala baxmaq günahdır?
Fala baxmaq günahdır?

Cinlər mövcuddur?
Bürclərə inanmaq doğrudur?

2) Quranı öyrənməyə gəldikdə isə Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurur: "Sizin ən xeyirliniz Quranı öyrənib onu öyrədəndir".
Pul almaq isə ehtiyacdan artıq götürmək olmaz. 
Rəvayətə görə Ömər ibni Xattabın (Allah ondan razı olsun) xilafəti vaxtı Misirin valisi Ömərdən (Allah ondan razı olsun) Misirdə Quranı tədris etmək üçün müəllim istəyir. Ömər (Allah ondan razı olsun) çox tərəddüddən sonra müəyyən şərtlər əsasında razılıq verir. Şərtlər müəllim üçün beytul maldan müəyyən məbləğ ayırmaq və ev ilə təmin etmək olmuşdur. Lakin Qurani Kərimi pul qazanmaq niyyəti ilə tədris etmək qadağan edilmişdir.   
 3) Təkəbbürlük - insanın böyüklənməsi və ya lovlağalanması deməkdir. Əslində bu sifətə Uca Allah məxsusudur. Allahın əl-Mutəkəbbir adı vardır. 
Uca Allah buyurur: "O ...Əzizdir, Cəbbardır, Mutəkəbbirdir". (əl-Həşr, 23).
"Ucb" da təkəbbürlüyün bir növü olub insanın özünü bəyənib özündən razı qalmasıdır. Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurub ki, qəlbində zərrə qədər təkəbbürlük olan cənnətə daxil olmayacaq.
4) Qiyas - müqayisə etmək deməkdir. 
5) Küskünlük, kin-küdurət cəmiyyətdə birliyi vә bərabərliyi korlayır. Buna görə də Uca Allah küsülüləri barışdırmağı buyurmuşdur. Qurani Kәrimdә: "Həqiqətən, möminlər (dində) qardaşdır. Buna görə də (aralarında bir mübahisə düşsə) onların arasını düzəldin və Allahdan qorxun ki, bəlkə (əvvəlki günahlarınız bağışlanıb), rəhm olunasınız!" (əl-Hucurat, 10).
İki müsəlmanın üç gündən artıq küsülü qalıb bir-birindən salamı kəsməsi qadağan edilmişdir. Peyğəmbərimiz (salləllahu əleyhi və səlləm) demişdir: "Bir müsəlmanın müsəlman qardaşı ilə üç gündən çox küsülü qalması halal deyil. Üç gün tamam olanda gedib salam verməlidir. Digəri salamı alsa, ikisi də savabda ortaq olar, almasa günaha batar. Salam verən isə küsülülükdən çıxmış sayılar". (Muslim, 2560). 
Küsülülərdən ilk addımı atıb barışan kəs daha xeyirli sayılır. Bununla əlaqədar Allah Rəsulu (salləllahu əleyhi və səlləm) buyurur: "Bir müsəlmanın başqa bir müsəlmanla küsülü qalması halal deyil. Onlar bir-biri ilə qarşılaşanda üzlərini yana çevirərlər. Onların ən xeyirlisi birinci salam verib barışandır". (əl-Buxari: "Ədəbul-Mufrad", 57).
 

Paylaş: