Quran

Quranın tərtibatı

    12.12.2019

Quran sözü oxuma, cəm etmə deməkdir. Quran Uca Allahın peyğəmbərlərin sonuncusu Muhəmmədə - ona və ailəsinə Allahın salavatı və salamı olsun - nazil etdiyi kəlamıdır. Quran Peyğəmbərimizə iyirmi üç il ərzində müxtəlif vaxtlarda nazil olmuşdur. Qısa surələrin çoxu birdəfəlik, əksər uzun surələr isə hissə-hissə nazil olmuşdur. Məkkə müşrikləri Muhəmməd peyğəmbərin dəvətinə kölgə salmaq, onu yalançı çıxartmaq üçün yəhudilərdən müqəddəs kitablar barəsində soruşurdular.

Ali İmran surəsinin son on ayəsinin izahı

    30.11.2019

Ali İmran surəsinin 190-200-cü ayələrinin izahı. Peyğəmbər bu on ayəni gecə namazına qalxdıqda oxuyardı. Rəvayət edilir ki, İbn Abbas demişdir: “Bir gecə xalam Məymunənin evində gecələdim. Peyğəmbər ailəsi ilə bir qədər söhbət etdikdən sonra yatdı. Gecənin son üçdə biri olduqda qalxıb yerində oturdu və göyə baxaraq: “Həqiqətən, göylərin və ye­­rin yaradılışında, gecə ilə gün­­düzün bir-bi­rini əvəz et­mə­sində ağıl sahibləri üçün dəlillər var­dır” – ayəsini oxudu.

"əs-Saff" surəsinin izahı

    26.10.2019

əs-Saff (Səf) surəsinin izahı. Bu surənin nazil olması haqda rəvayət edilir ki, Abdullah ibn Səlam demişdir: “Biz səhabələrdən olan bir camaat: “Hansı əməlin Allah üçün daha sevimli olduğunu bilsəydik, onu edərdik!”– deyərək bəzi əməllərdən danışırdıq. Bu səbəblə: “Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. Ey iman gətirən­lər! Nə üçün siz etməyəcəyiniz şeyləri danışırsınız?

"Qədr gecəsi" surəsinin izahı

    27.05.2019

Mərhəmətli və Rəhmli Allahın adı ilə! 1. Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik! 2. Sən haradan biləsən ki, Qədr gecəsi nədir? 3. Qədr gecəsi min aydan xeyirlidir. 4. O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə yerə enirlər. 5. O gecə sübh açılanadək əmin-amanlıq olur.
əl-Qadr (Qədr gecəsi) surəsinin izahı

İsa peyğəmbər nə öldürüldü, nə də çarmıxa çəkildi

    03.02.2019

Uca Allah buyurur: "Kitab əhli səndən, onlara göydən bir kitab endirməyini istəyirlər. Onlar Musadan, bundan daha böyüyünü istəyərək: "Allahı bizə açıq-aşkar göstər!"– demişdilər. Haqsızlıqlarına görə onları ildırım vurmuşdu. Sonra onlara gələn açıq-aydın dəlillərin ardından buzovu məbud qəbul etdilər.

"əl-Bəqərə" surəsinin ilk beş ayəsinin izahı

    09.12.2018

Mərhəmətli və Rəhmli Allahın adı ilə! 1. Əlif Ləm Mim. 2. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır. 3. O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər; 4. O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar. 5. Onlar öz Rəbbindən gələn doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır.
əl-Bəqərə (İnək) surəsinin ilk beş ayəsinin izahı

Pages