Qiyamətin böyük əlamətləri
Əlamət və ya nişanə bir şey baş verməmişdən öncə onu qabaqlayan hadisəyə deyilir. Uca Allah buyurur:
“Məgər kafirlər o Saatın qəfil onlara gəlməsindən başqa bir şeymi gözləyirlər?! Artıq onun əlamətləri gəlmişdir” (Muhəmməd, 18).
Saat zamanın bir hissəsidir, lakin burada "Saat" deyildikdə Qiyamət günü nəzərdə tutulur. Uca Allah buyurur: “O Saat haqqında bilgi Ondadır” (əl-Zuxruf, 85).